/ / Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb
Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb
13.06.2026 [20:19]
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan münasibətlərin inkişafına böyük önəm verdikləri, siyasi dialoq şəraitində iqtisadi-ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.
İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində konstruktiv siyasət yürüdərək regional və qlobal təhlükəsizliyin təmini ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Milli maraqların qorunması və ortaq strateji hədəflərin gerçəkləşdirilməsi üçün beynəlxalq platformalarda qarşılıqlı dəstəyin önəmi vurğulanıb.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin rolu diqqətə çatdırılıb. Cari ilin may ayında YAP nümayəndə heyətinin Belarusa səfəri məmnunluqla xatırlanaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransların ölkələr və partiyalar arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Builki konfransın da mötəbər beynəlxalq tədbir kimi bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.
Sonra Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova imzalayıblar.
Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

