Prezident Administrasiyasında Əli İnsanovla görüş keçirilib
19.06.2026 [12:11]
İyunun 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə partiyanın sədri Əli İnsanov arasında görüş keçirilib.
Bu barədə Haqq Ədalət Partiyasının Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Haqq Ədalət Partiyasının fəaliyyəti, Partiya tərəfindən yerlərdə təşkil olunan tədbirlər, ictimai rəyin formalaşmasında siyasi partiyaların artan rolu, “Böyük qayıdış” Dövlət proqramı çərçivəsində reallaşdırılan infrastruktur layihələr, təşviq olunan siyasi dialoq mühiti, habelə ölkənin ictimai həyatında müşahidə olunan canlanma və digər bu kimi vacib məsələlər müzakirə olunub.
Qeyd olunub ki, dövlətin siyasi partiyalarla əlaqədar institusional və normativ təşəbbüsləri nəticəsində sağlam siyasi münasibətlər formalaşıb. Keçmişdə yalnız münaqişə, qalmaqal və müxtəlif təxribatlar ilə assosiasiya olunan siyasi partiyaların fəaliyyəti aparılan islahatlar sayəsində bu gün əməkdaşlıq, milli birlik müstəvisinə qədər irəliləyib. İndi partiyalar cəmiyyətin mütərəqqi fikirli vətəndaşlarını öz ətrafında toplayır və milli həmrəylik mühitinin qorunmasında aparıcı rol oynayır.
Tərəflər işğaldan azad olunmuş ərazilərə siyasi partiyaların birgə səfərlərin, davamlı olaraq keçirilən görüşlərin, mühüm məsələlər ilə bağlı verilən birgə bəyanatların, dəyirmi masa və açıq müzakirələrin gələcək nəsillərə xidmət edəcək dayanıqlı demokratik ənənələrin formalaşması prosesində əvəzolunmaz əhəmiyyətə malik olmasını xüsusi vurğulayıblar.
Fikir mübadiləsi çərçivəsində ölkədə yaşanan həmrəylik mühitini həzm edə bilməyən məkrli qüvvələrin manipulyasiyaları da geniş müzakirə olunub, informasiya manipulyasiyaları ilə mübarizədə siyasi partiyaların daha aktiv mövqe nümayiş etdirməli olduğu bildirilib. Milli dövlətçilik ənənələrə sadiqliyin və milli birliyin müstəsna əhəmiyyətini vurğulayan Partiya sədri bildirib ki, sədrlik etdiyi Haqq Ədalət Partiyası bundan sonra da qeyd olunan istiqamətlər üzrə əzmlə çalışacaq.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda dövlət və cəmiyyətin inkişafına xidmət edən bütün təşəbbüslərdə aktiv mövqe ortaya qoyan Haqq Ədalət Partiyasına uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

