/ / Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
18.06.2026 [13:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd etdi.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğuladı. Dövlətimizin başçısı imzalanacaq sənədlərin önəminə də toxundu.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlətimizin başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ölkəmizdə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edildi.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalandı. Həmçinin imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olundu.
Daha sonra dövlətimizin başçısı İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə “Dostluq” ordenini təqdim etdi.
Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir ölkəmizlə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

