Orta Dəhlizin artan strateji rolu
20.06.2026 [11:35]
Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar və respublikamızın sülh gündəliyinə möhkəm sadiqliyi dünyada Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının strateji önəminə diqqəti artırıb. Bu günlərdə Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda ifadə olunan fikirlər bunun daha bir təsdiqidir. Forumda Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub, ölkəmizin fəal iştirakı ilə inkişaf edən Transxəzər marşrutunun (Orta Dəhlizin) artan roluna xüsusi diqqət çəkilib.
Qeyd edək ki, “Orta Dəhliz dönüş nöqtəsində: Transxəzər regionu üçün gələcək nəslin inkişafı” mövzusunda keçirilən forumda Azərbaycan, ABŞ, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən yüksək səviyyəli rəsmilər, eləcə də regional və qlobal səviyyədə nüfuzlu nümayəndələr iştirak ediblər. Tədbir çərçivəsində “Orta Dəhliz: Strateji seçimin gücləndirilməsi və təhlükəsiz şəbəkələrin qurulması”, “Rəqəmsal suverenlik və sənaye süni intellekti: texnologiya növbəti inkişaf vektoru kimi”, “Kritik minerallar”, “Enerji təhlükəsizliyi: dəyişən qlobal bazarda Xəzər hövzəsi” və “Orta Dəhliz boyunca biznes investisiyaları” mövzularında panellər təşkil olunub və aktual müzakirələr aparılıb.
ABŞ-ın Çənubi Qafqaz və Mərkəzi Asiya regionuna artan marağı
Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dünyanın birinci iqtisadiyyatı sayılan və qlobal güc mərkəzi olan Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına baxışlarının dəyişdiyi açıq şəkildə müşahidə olunur və bu amil Trans-Xəzər Forumunda xüsusi müzakirə mövzusu olub. Enerji, nəqliyyat, nadir minerallar, investisiya qoyuluşu və digər istiqamətlərdə əməkdaşlıq böyük perspektivlər vəd edir. Əvvəllər bir sıra geosiyasi amillər, o cümlədən də Ermənistanın işğalçılıq siyasətindən qaynaqlanan qeyri-müəyyənlik regionun potensialından lazımi səviyyədə istifadə olunmasıına imkan vermirdi, həmçinin belə vəziyyət əməkdaşlığa mənfi təsir göstərirdi. Azərbaycanın gücü və siyasi iradəsi sayəsində müharibə səhifəsinin bağlanması,sülh dövrünün başlaması bütövlükdə regionun cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb və qarşılıqlı maraq əsasında əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə genişlənib.
“ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışan və dostluqları mühüm geosiyasi əhəmiyyət daşıyan ölkələrə investisiya qoymaqdan imtina edə bilmərik”. Bu fikirləri Forumda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns səsləndirib. Senator bildirib ki, Amerikanın Xəzər bölgəsində artan iştirakı hər iki tərəf üçün fundamental dəyişiklik deməkdir. “Prezident Donald Tramp, dövlət katibi Marko Rubio və administrasiyanın Amerika milli maraqlarının təmin olunmasına yönəlmiş qətiyyətli siyasəti Mərkəzi Asiya və Qafqazda nümayiş etdirilən cəsarətli liderliklə birlikdə yeni əməkdaşlıq və dostluq dövrü üçün böyük imkanlar yaradıb.
Ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında əlamətdar sülh sazişinin paraflandığının şahidi olduq. Həmçinin Vaşinqtonda C5+1 Zirvə görüşü keçirildi. Bu iki hadisə Amerika diplomatiyasında yeni mərhələyə keçidin, eləcə də geostrateji baxımdan mühüm regiona artan diqqətin göstəricisidir.
ABŞ, Mərkəzi Asiya və Qafqaz ölkələri artıq strateji baxımdan bir-birinə daha da yaxınlaşıb. Bu fundamental dəyişiklik nəticəsində münasibətlərimiz hazırda olduqca müsbət mərhələyə qədəm qoyub və bunun uzunmüddətli olacağına inanırıq”, - deyə senator əlavə edib.
Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ
Azərbaycan həm coğrafi yerləşməsinə, həm də irəli sürdüyü təşəbbüslərə görə ayrı-ayrı dövlətlərlə, o cümlədən də ABŞ-ın Mərkəzi Asiya regionu ölkələri ilə əməkdaşlıq formatlarının inkişafında mühüm aktor qismində çıxış edir. Burada önəmli məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, artıq Azərbaycanla Mərkəzi Asiya regionu dövlətləri eyni bir coğrafi və iqtisadi məkan kimi qəbul edilir. Bu, bir tərfdən siyasi dialoqun yüksək səviyyəsi, çoxvektorlu əməkdaşlığa ortaq baxışların ifadə olunması, digər tərəfdən isə birbaşa kommunikasiya bağlantılarının olması və gələcəkdə TRIPP marşrutunun (Zəngəzur Dəhlizinin) işə salınması ilə bu bağlantıların daha da asanlaşacağı ilə şərtlənir. Yeri gəlmişkən , ABŞ və Mərkəzi Asiya ölkələri arasında formalaşan C5 formatının Azərbaycanın iştirakı ilə genişləndirilməsi artıq xeyli müddətdir ki, müzakirə mövzuzuna çevrilib. Dost dövlətlərin təmsilçiləri bu məsələni növbəti dəfə Trans-Xəzər Forumu platformasında gündəmə gətiriblər.
ABŞ-ın yeni administrasiyası Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğuna böyük önəm verir. İmzalanan müvafiq sənədə əsasən, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;
- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Belə xoş münasibətlərin davamı olaraq bu günlərdə D.Tramp bədnam 907-ci düzəlişin icrasının daha bir il ərzində dayandırılması barədə qərar verib və buna görə Prezident İlham Əliyev ABŞ-in dövlət başçısına təşəkkür edib.
Orta Dəhliz regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir
Hazırda dünyada bağlantıların önəmi heç vaxt olmadığı qədər artıb. Yaxın Şərqdə, Şərqi Avropada müharibələrin davam etməsi fonunda ölkələr və şirkətlər təhlükəsiz marşrutlar axtarışındadırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycanın həm infrastruktur, həm coğrafiya, həm də siyasi sabitlik baxımından əsas həlqəni təşkil etdiyi Orta Dəhlizə yönəlir. Bunu son vaxtlarda Orta Dəhliz üzərindən daşımaların artması da əyani şəkildə təsdiqləyir.
Vaşinqtonda keçirilən Forumda da Orta Dəhlizin strateji önəminə xüsusi diqqət çəkilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onlayn çıxışı zamanı bildirib ki, Orta Dəhliz artıq, sadəcə, nəqliyyat marşrutu olmaqdan çıxaraq Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionları birləşdirən strateji geoiqtisadi sistemə çevrilməkdədir. Onun sözlərinə görə, hazırda bu transformasiyanın dərinləşdiyi mərhələ müşahidə olunur. Hikmət Hacıyev vurğulayıb ki, Körfəz regionu və Yaxın Şərqdə münaqişələrin kəskinləşdiyi bir dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da artır.
Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ercan Kazıxan çıxışında bildirib ki, ölkəsi ABŞ və regional tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar görür. Onun sözlərinə görə, Qazaxıstan regional tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsal komponentinin inkişafı üzərində çalışır. Bu kontekstdə o, Qazaxıstanı və Azərbaycanı Xəzər dənizinin dibi ilə birləşdirəcək Trans-Xəzər fiber-optik kabel layihəsini xüsusi vurğulayıb. Kazıxan qeyd edib ki, layihənin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Özbəkistan Prezidentinin müşavirinin müavini Cavlon Vahabov bildirib ki, bütün Mərkəzi Asiya regionunun xarici bazarlara çıxışını genişləndirə biləcək alternativ marşrutların mövcudluğu böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Orta Dəhliz təkcə tranzit marşrutu deyil, həm də rəqabət qabiliyyətinin artırılması, dayanıqlığın gücləndirilməsi və iqtisadi inkişafın təşviqi baxımından strateji əhəmiyyət kəsb edir. Vahabov bu kontekstdə Trans-Xəzər ölkələri arasında əməkdaşlığın genişlənməsi istiqamətində əldə olunan irəliləyişi yüksək qiymətləndirib. O, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yükdaşımalar üçün icazə prosedurlarının sadələşdirilməsi və bu sahədə əldə edilən nailiyyətləri vurğulayıb.
Qırğızıstan Prezidentinin beynəlxalq təşəbbüslər üzrə xüsusi nümayəndəsi Edil Baisalov çıxışı zamanı Orta Dəhlizin həm Qırğızıstan, həm də bütövlükdə region üçün yaratdığı yeni imkanlardan bəhs edib. O, bu marşrutun regional əlaqələrin genişlənməsi, ticarətin inkişafı və iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13

