Tarixi dostluq və qardaşlıq üzərində qurulan münasibətlər
25.06.2026 [12:00]
Türk dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın həm xarici siyasət kursunda, həmdə regional əməkdaşlıq təşəbbüslərində əsas yerlərdən birini tutur.Bunu respublikamızın Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistanla münasibətlərinin həm iki tərəfli əsasda, həm nəqliyyat və enerji dəhlizləri çərçivəsində, həm də beynəlxalq təşkilatlar müstəvisində sürətlə genişlənməsidə təsdiqləyir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə respublikamıza dövlət səfərinə gəlməsidə göstərdi ki, Türk dünyası ilə yaxın tərəfdaşlıq Azərbaycanın prioritetlərindən biridir.
Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlər iki qardaş ölkə arasında münasibətlərin yalnız tarixi və mədəni bağlara deyil, eyni zamanda qarşılıqlı etimada, strateji maraqlara və uzun müddətli əməkdaşlıq perspektivlərinə əsaslandığını bir daha nümayiş etdirdi.
Energetika sahəsində əməkdaşlıq da münasibətlərin əsas sütunlarından biridir: " Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji təhlükəsizliyi, enerji resurslarının dünya bazarlarına çıxarılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər. Parlamentlər arası əlaqələrdə uğurla inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan–Türkmənistan parlamentlər arası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılmışdır ki, bu da qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Mədəni-humanitar sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabadda və Arkadağv şəhərində keçirilməsi, Türkmənistan mədəniyyət xadimlərinin Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bakı və Aşqabadın, eləcədə Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu yaxınlığın rəmzi ifadəsidir. Türkmənistan Qarabağın bərpası prosesinə dəstək göstərən ölkələrdəndir. Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana səmimi münasibətini və həmrəyliyinin növbəti nümunəsidir. Azərbaycan həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini daim dəstəkləyir. Türkmənistan da öz növbəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tam hüquqlu üzv kimi qəbul olunmasına fəal dəstək vermişdir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir.Tarixi dostluq və qardaşlıq üzərində qurulan bu münasibətlər regionda sabitliyin, qarşılıqlı rifahın və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir".
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

