Qatığın yuxu keyfiyyətinəmüsbət təsiri açıqlandı
02.07.2026 [18:51]
"Qatığın tərkibindəki probiotiklər, xüsusən də gecələr tez-tez oyanan insanlarda yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər".
Lent.az xəbər verir ki, bu barədə ispaniyalı kardioloq Aurelio Roxas "20minutos" nəşrinə verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, qatıq bağırsaq mikrobiotasının balansını qoruyan canlı mikroorqanizmlərlə zəngindir. O qeyd edib ki, bu, mədə-bağırsaq traktı ilə mərkəzi sinir sistemi arasında ikitərəfli əlaqə yaradan və yuxu da daxil olmaqla müxtəlif prosesləri tənzimləyən "bağırsaq-beyin" oxuna müsbət təsir göstərir.
Mütəxəssis gözlənilən effekti artırmaq üçün qatığı qırmızı giləmeyvə, kivi və ya alma ilə birlikdə qəbul etməyi məsləhət görür. Həkim vurğulayıb ki, süd məhsulunun tərkibindəki zülal və yağlar meyvələrdən alınan karbohidratların mənimsənilməsini yavaşladır, bu da gecə saatlarında qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinin qarşısını alır.
Bununla yanaşı, kardioloq axşam saatlarında banan, üzüm, manqo və ya ananas kimi şəkərlə zəngin meyvələrdən uzaq durmağı tövsiyə edir: "Tərkibindəki yüksək şəkər miqdarına görə bu meyvələr əvvəlcə yuxululuq yaratsa da, sonradan yuxunun bölünməsinə və gecə oyanmalarına səbəb ola bilər".
A.Roxas sonda xatırladıb ki, bu cür qida kombinasiyaları yalnız yüngül yuxu pozuntularına müsbət təsir göstərə bilər və həkim tərəfindən təyin olunan dərman müalicəsini əvəz etmir. Bağırsaq mikrobiotasının yuxuya təsiri fəal şəkildə araşdırılsa da, qatığın yuxusuzluğun müalicəsindəki effektivliyi hələ də genişmiqyaslı elmi tədqiqatlarla tam təsdiqlənməlidir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

