Seyid Əzim Şirvani irsi bu gün də yaşayır...
09.07.2026 [09:36]
Şairin anadan olmasından 191 il ötür
Azərbaycan ədəbiyyatının elə simaları var ki, onların qələmə aldığı misralar yalnız yaşadıqları dövrün deyil, əsrlər sonra da cəmiyyətin mənəvi aynasına çevrilərək insanları düşünməyə, özünə kənardan baxmağa və doğru ilə yanlışı ayırd etməyə sövq edir. Belə şəxsiyyətlərdən biri Seyid Əzim Şirvanidir. Məhəbbəti tərənnüm edən Füzuliyanə qəzəlləri ilə istedadlı lirik şair kimi ədəbiyyatımızda dərin iz buraxmış Şirvaninin anadan olmasından 191 il ötür. Onun realist şeir yaradıcılığında “Əkinçi” qəzetinin mühüm rolu olub. Yazdığı şeirlərinin böyük əksəriyyətində xalqı qəflət və cəhalət yuxusundan oyatmağa çağırırdı.
Aşiqanə qəzəlləri daha çoxdur...
Şairin qəzəlləri onun ədəbi yaradıcılığında xüsusi yer tutur. Əsərləri arasında müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də mövcuddur. Lakin bunlar şairin zəngin bədii irsinin yalnız bir hissəsidir. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış original əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir.
Şairin fikrincə, var-dövlət bir gün əldən çıxa bilər, lakin sənət heç vaxt itməz. İnsan əlindəki sərmayənin, yəni sənətin köməyi ilə yenə də var-dövlət sahibi olar.
Puç olub getsə dövlətin zayə,
Genə sənətdir əldə sərmayə.
Elmdir əhli-sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
18 illik əziyyətin sonu...
19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəb fəaliyyətini dayandırmağa məcbur olur.
Onu sevməyənlərin sayı hər gün artırdı
1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların kəskin müqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.
Ölümü barədə müxtəlif iddialar...
Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır. Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü də deyilir. Bir variantda isə onun mövhumatçı insanlar tərəfindən qətlə yetirildiyi söylənir. Ancaq birinci ehtimal daha geniş yayılıb.
Aradan keçən 191 ilə baxmayaraq, Seyid Əzim Şirvaninin ideyaları və yaradıcılığı sübut edir ki, həqiqi söz sənətkarı heç vaxt unudulmur. Onun qələmi sussa da fikirləri yaşayır, kitabları oxunduqca nəfəs alır və hər yeni oxucu ilə birlikdə yenidən doğularaq gələcək nəsillərə elmə, düşüncəyə və mənəvi zənginliyə aparan yolu göstərməyə davam edir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

