Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
16.07.2026 [09:50]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Şuşa Qlobal Media Forumu Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha bütün dünyaya nümayiş etdirdi. Rəsmi Bakı öz mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bəyan edərək siyasi iradəsini göstərdi.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdəki mövqeyini əks etdirən strateji çıxış idi. Fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda, beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktordur.
Avropa İttifaqı (Aİ) və bu kimi digər beynəlxalq təşkilatların Azərbaycanın milli maraqlarına zidd olan tələblərinin yerinə yetirilməyəcəyi də diqqətə çatdırıldı.
Maraq doğuran isə ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu qərəzli münasibət daha da aqressiv xarakter almağa başladı. Araşdırmalardan sonra məlum oldu ki, Avropa İttifaqının rəhbərliyində təmsil olunan Cozef Borrel kimi muzdla çalışan “siyasi xadimlər” müxtəlif lobbilərin təsiri altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Əlbəttə ki, bu kampaniyanın aparılması qarşılıqsız olmur. Bir halda ki, Aİ kimi mötəbər bir qurumun rəhbəri elan edilən demokratiya prinsiplərini bir kənara atıb erməni lobbisinin istəyinə uyğun hərəkət edərək Azərbaycana qarşı qərəzli sənədlərin qəbul olunmasına imkan yaradacaqsa onda Azərbaycanın bu qurumda yeri yoxdur.
Dövlətimizin başçısının diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın orta güc dövləti kimi artan roluna dair yanaşmasıdır. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmayıb. Əksinə, vurğulayıb ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir.
Digər tərəfdən, enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının genişləndiyini və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdiyini qeyd edib. Bununla yanaşı, o, enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji təhlükəsizliyinin artıq iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu diqqətə çatdırıb
Avropa qurumları 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğala, soyqırımına məruz qalmasına göz yumdu. Milyondan artıq insanın öz doğma torpağından, evindən qovulmasına, malının, mülkünün yağmalanmasına heç bir münasibət bildirmədilər. Lakin Azərbaycan Qarabağı azad edib regionda əməkdaşlıq üçün yeni reallıqlar yaratdıqdan, sülh prosesi başladıqdan sonra Aİ-nin Azərbaycanı qaralayan sənədlər qəbul etməsi hansı məqsədlərə xidmət edir? Bu sula yuxarıda qismən cavan verdik. Aİ Cozef Borrel kimi erməni lobbisinin təsirində olan qərəzli adamların xidməti sahəsində beynəlxalq aləmdə öz nüfuzunu və ona olan inamı itirib. Digər bir məsələ də insan hüquqları və demokratik mühitlə əlaqədardır. Əvvəla onu qeyd edim ki, insan hüquqları məsələsi çoxdandır ki, bu və ya digər dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
Şuşa Qlobal Media Forumu Azərbaycanda söz və mətbuat azadlığının olduğunu göstərir. Ölkənin Prezidenti çoxsaylı yerli və beynəlxalq səviyyəli media nümayəndələri qarşısında oturub müxtəlif suallara cavab verir ki, bu da media və jurnalistlərə böyük hörmətin nümayişidir. Başqa bir məsələ: Ermənistanda keçirilən mitinq və kütləvi aksiyalarda siyasi mövqeyini ifadə edən insanların döyülməsi, hakimiyyətin siyasi rəqiblərinin həbs edilməsi və digər neqativ hallar nədənsə Aİ-də müzakirə olunmur, sənəd qəbul edilmir. Lakin Azərbaycanda, necə deyərlər, birinin burnu qanayan kimi aləm dəyir bir-birinə. Bütün bunlar Aİ və digər Avropa strukturlarının ikili standartlar siyasətindən çıxış etdiyini deməyə əsas verir ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

