Hər bir çağırış gələcəklə bağlı aydın təsəvvür yaradır
16.07.2026 [11:25]
Xarici siyasət uğurlarımızın davamı olaraq Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin miqyası daha da genişlənir. Müxtəlif sahələri əhatə edən bu tədbirlərin keçirilməsi üçün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə də Qarabağın tacı, Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın seçilməsi qürurvericidir. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Bu baxımdan artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu informasiya məkanında baş verən dəyişikliklərin, medianın qarşısında duran yeni çağırışların, beynəlxalq əməkdaşlıq imkanlarının və dünya gündəmini zəbt edən digər aktual mövzuların müzakirə olunduğu nüfuzlu platforma kimi xüsusi əhəmiyyət daşıyır. Bu məkandan realllıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyəti var. Şuşa artıq dörd ildir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. Builki Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak etdi. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu başa çatsa da dövlət başçısı İlham Əliyevin çıxışı, tədbir iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir.
Tədbirin keçirilmə məqsədini açıqlayan cənab İlham Əliyev bildirdi ki, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır: “Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir”.
İki saat yarım davam edən Forumda Prezident İlham Əliyev iştirakçıların Azərbaycanda, regionda və dünyada baş verən hadisələrlə bağlı suallarını ətraflı şəkildə çavablandırdı. Cənab İlham Əliyevin hər bir çıxışı günümüzün reallıqları, çağırışları ilə bağlı geniş məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Azərbaycanın regional məsələlərdə rolunun artdığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb. Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik. Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub. Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda. Buna görə də düşünürəm ki, etibar birinci yerdədir, məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı – hər halda, sızsa belə, bunun bizdən olmayacağı fikridir. İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub: “Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər sadəcə vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir. Həm də bu, regional siyasət amilinə çevrilir. Buna görə də bu gün Azərbaycanın regional məsələlərdə, minimum regional məsələlərdə rolu təbii olaraq artır. Bu rol müsbətdir, konstruktivdir və mümkün olan yerlərdə kömək göstərmək üçün imkan daxilində yardımlara davam edəcəyik”.
Hər bir çağırış gələcəklə bağlı aydın təsəvvür yaradır. Azərbaycan daim sabitlik, əməkdaşlıq məkanı kimi tanınıb və nüfuz qazanır. Azərbaycan tolerant ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayır. Ölkəmizin yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu şərtləndirir. Azərbaycan bu gün yeni körpülər qurur. Bütün bu reallıqlar dövlət başçısı İlham Əliyevin çıxışının əsasında dayandı. Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə davamlı töhfələr verir. Artıq bir ilə yaxındır ki, sülh şəraitində yaşayırıq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

