Qarabağdan Avropaya uzanan əməkdaşlıq körpüsü
16.07.2026 [14:06]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
İyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin mətbuata verdikləri bəyanatlar təkcə iki ölkə arasında münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazın lider dövləti, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın beynəlxalq nüfuzunun və regional liderlik mövqeyinin daha bir təsdiqini nümayiş etdirdi.
Şuşanın belə mühüm siyasi dialoq üçün seçilməsi xüsusi rəmzi məna daşıyır. Qururverici haldır ki, Şuşa artıq yalnız tarixi zəfərin simvolu deyil, həm də beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslərin mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısı Peter Pelleqrini ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan ilə Slovakiya arasında formalaşmış strateji tərəfdaşlığın konkret nəticələr verdiyini vurğuladı. Dövlət başçısı xatırladıb ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəlməsini təmin edib və bu gün həmin sənəd real layihələrlə təsdiq olunur. Bu, Azərbaycan xarici siyasətinin praqmatik və etibarlı tərəfdaşlıq modelinin uğurlu nəticəsidir.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etməsi oldu. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi dost ölkənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsinə verdiyi töhfənin real ifadəsidir. Bu fakt göstərir ki, Qarabağ artıq beynəlxalq iqtisadi əməkdaşlığın və investisiya layihələrinin cəlb olunduğu yeni inkişaf məkanına çevrilir.
Prezident İlham Əliyev enerji, iqtisadiyyat, hərbi-texniki əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsinin iki ölkə arasında münasibətlərin əsas istiqamətləri olduğunu xüsusi ilə qeyd edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artıq uzun illərdir ki, beynəlxalq səviyyədə qəbul olunur. Slovakiya ilə əməkdaşlığın genişlənməsi isə ölkəmizin etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirir.
Mətbuat konfransında Prezident Peter Pelleqrinin çıxışında səsləndirilən fikirlər də diqqətəlayiq idi. Qarabağda qısa müddətdə həyata keçirilən bərpa və quruculuq işlərini yüksək qiymətləndirən Prezident Peter Pelleqrin Azərbaycanı regionun sabitliyi, inkişafı, logistika və enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş adlandırıb. Slovakiya Prezidentinin bu qiymətləndirməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilə bilər.
Azərbaycanın tarixi şəhəri Şuşada səsləndirilən bəyanatlar bir daha göstərdi ki, ölkəmiz artıq postmünaqişə dövrünün gündəliyini özü müəyyənləşdirən dövlətdir. İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa işləri, xarici investorların cəlb edilməsi və beynəlxalq tərəfdaşların layihələrə qoşulması Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının uğurla reallaşdığını təsdiqləyir.
Bəyanatlarda nəqliyyat, iqtisadiyyat, müdafiə sənayesi, texnologiya və biznes sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar gələcək üçün böyük perspektivlər vəd edir. Xüsusilə birbaşa hava əlaqələrinin yaradılması, biznes forumlarının təşkili və birgə istehsal layihələrinin təşviqi iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir.
Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanat Azərbaycanın müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun növbəti uğurlu təqdimatı oldu. Slovakiya Prezidenti Peter Pelleqrinin səfəri isə sübut etdi ki, Azərbaycan Avropa dövlətləri üçün etibarlı siyasi, iqtisadi və enerji tərəfdaşı olmaqla yanaşı, sülhün, inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşəbbüskarı kimi beynəlxalq nüfuzunu davamlı şəkildə möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

