/ / İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi vacibdir
İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi vacibdir
17.07.2026 [16:10]
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Satınalma sahəsində dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində təşkil olunan tədbirdə qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə heyətinin sədri Aygün Əliyeva açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət idarəçiliyində hesabatlılığın və ictimai iştirakçılığın əhəmiyyəti vurğulanıb, dövlət satınalmaları sahəsində rəqabətli və bütün iştirakçılar üçün əlçatan satınalma sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov və agentliyin sədrinin birinci müavini Cəfər Babayevin çıxışları dinlənilib. Çıxışlarda dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin və maarifləndirmə fəaliyyətinin əhəmiyyətindən bəhs olunub. Eyni zamanda, dövlət satınalmalarına dair təqdimat nümayiş etdirilərək satınalmaların həcminin dinamikası, elektron satınalmaların tətbiqi nəticəsində əldə olunan göstəricilər, rəqəmsallaşma istiqamətində görülən işlər, Dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) funksional imkanlarının genişləndirilməsi, digər dövlət informasiya sistemləri ilə inteqrasiya, süni intellekt texnologiyalarının tətbiqi barədə məlumat verilib.
Tədbirdə, həmçinin müxtəlif fond və ictimai birliklərin təmsilçiləri çıxış ediblər. Çıxışlarda satınalma sahəsində mövcud çağırışlar, bu istiqamətdə maraqlı tərəflər arasında kommunikasiyanın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları diqqətə çatdırılıb.
Tədbir mövzu ətrafında qarşılıqlı müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

