Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur
17.07.2026 [17:54]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur və sülh prosesinin qalan mərhələlərinin başa çatdırılması Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı təmin edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xarici işlər naziri bu açıqlamanı Moskvada aparılan danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında verib.
C. Bayramovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda beynəlxalq hüquq, ərazi bütövlüyü və tarixi ədalət prinsiplərinə əsaslanan yeni təhlükəsizlik arxitekturası yaradıb.
Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə edilən son nailiyyətlər, o cümlədən sülh sazişi layihəsinin razılaşdırılması regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı inkişafın bərqərar olması üçün unikal fürsət yaradır.
O vurğulayıb: “Əminliklə demək olar ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh de-fakto mövcuddur”.
Nazir bildirib ki, danışıqlar zamanı azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və Bakı ilə İrəvan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə Rusiya tərəfini məlumatlandırıb.
Azərbaycan xarici işlər naziri qeyd edib ki, etimad quruculuğu tədbirləri də daxil olmaqla, Bakının ardıcıl sülh təşəbbüsləri sülh prosesinin irəliləməsinə əhəmiyyətli töhfə verib. O bildirib ki, qalan məsələlərin yerinə yetirilməsi regionda uzunmüddətli sülhün, sabitliyin və etimad atmosferinin formalaşması üçün zəruri şərait yaradacaq.
Beynəlxalq gündəliyə toxunan Ceyhun Bayramov bildirib ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. O, diplomatik dialoqun və beynəlxalq hüquqa ciddi riayət edilməsinin humanitar vəziyyətin daha da gərginləşməsinin və pisləşməsinin qarşısını almağın yeganə yolu olduğunu vurğulayıb.
Rusiya-Ukrayna münaqişəsinə gəldikdə, nazir qeyd edib ki, Azərbaycan insan tələfatına səbəb olan və regionun sabitliyinə mənfi təsir göstərən hərbi əməliyyatlardan dərin narahatlığını ifadə etməkdə davam edir. O, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə dəyişməz sadiqliyini bir daha təsdiqləyib, gərginliyin azaldılmasına və sülh yolu ilə nizamlanmaya nail olmağa çağırıb.
Danışıqların yekunlarına dair fikirlərini ifadə edən Ceyhun Bayramov Moskvada aparılan müzakirələrin konstruktiv keçdiyinə, onların Azərbaycan-Rusiya münasibətlərində müsbət gündəliyin daha da inkişafına, həmçinin regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

