Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini ötüb

Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini ötüb

18.07.2026 [14:17]

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5069 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez açıqlayıb.

Onun məlumatına görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 36 min 951 nəfər tibb müəssisələrində müalicə olunub. Bundan başqa, 128 min 324 ailəyə yardım göstərilib, 21 min 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31