/ / “Axios”: Tramp genişmiqyaslı müharibə variantını nəzərdən keçirdiyi vaxtda vasitəçilər yeni atəşkəs təklif edirlər
“Axios”: Tramp genişmiqyaslı müharibə variantını nəzərdən keçirdiyi vaxtda vasitəçilər yeni atəşkəs təklif edirlər
21.07.2026 [09:22]
Prezident Donald Tramp İranla müharibədə həlledici mərhələyə yaxınlaşır və ABŞ ilə İsrail rəsmiləri hadisələrin yalnız iki mümkün inkişaf ssenarisini nəzərdən keçirirlər. Birinci variant Hörmüz boğazının yenidən açılmasına yönəlmiş 10 günlük atəşkəs rejiminə razılıq vermək, ikinci variant isə Tehranı geri çəkilməyə məcbur etmək məqsədilə İsraillə birlikdə genişmiqyaslı hərbi kampaniyaya başlamaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti hələlik yekun qərar verməyib. Yazıda bildirilir ki, rəsmilər hansı variantın seçiləcəyinin yaxın bir neçə gün ərzində müəyyənləşəcəyini düşünürlər.
Məlumata görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
“ABŞ rəsmiləri bildirirlər ki, Tramp administrasiyası təklifi nəzərdən keçirir və İsraili diplomatik imkanları məhdudlaşdıra biləcək addımlardan çəkinməyə çağırıb. Bununla yanaşı, Vaşinqton danışıqların nəticəsiz qalacağı ehtimalına da hazırlaşır. ABŞ ordusu son günlər bölgəyə onlarla qırıcı və havada yanacaq dolduran təyyarə göndərərək mümkün eskalasiyaya hazırlıq məqsədilə qüvvələrini gücləndirib”, – deyə yazıda vurğulanır.
Nəşrdə qeyd olunur ki, İsrail də silahlı qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib və müharibənin yaxın günlərdə genişmiqyaslı, koordinasiyalı hərbi kampaniyaya çevrilməsi ehtimalına hazırlaşır.
Bildirilir ki, yeni atəşkəs təklifi döyüş əməliyyatlarının dayandırılmasını, Hörmüz boğazındakı hər iki gəmiçilik marşrutunun yenidən açılmasını, həmçinin Vaşinqton və Tehrana pozulmuş Anlaşma Memorandumunu (MOU) bərpa etmək üçün imkan yaradılmasını nəzərdə tutur. Bununla belə, nə ABŞ, nə də İran təklifi qəbul edib. Yazıda qeyd olunur ki, hər iki tərəf atəşkəsə razılıq verməzdən əvvəl mövqelərini gücləndirmək məqsədilə əlavə zərbələr endirməyə çalışır.
“Axios”un məlumatına görə, regional mənbələr vasitəçilərin iyulun 11-də Omanın paytaxtı Məskətdə Oman, İran və Qətər nümayəndələrinin müzakirə etdiyi təklif üzərində işlədiklərini bildirirlər.
“Təklif Hörmüz boğazında gəmiçilik marşrutlarının tam açılmasını nəzərdə tutur. On günlük atəşkəs dövründə ABŞ və İran boğazdan keçidin tənzimlənməsinə dair daha uzunmüddətli razılaşma üzərində danışıqlar aparacaqlar. Regional mənbələrdən birinin sözlərinə görə, variantlardan biri İrana dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və digər xidmətlərə görə məqbul xidmət haqları toplamaq imkanı verə bilər.
Mənbə nümunə kimi Malakka boğazını göstərib. Həmin modeldə Malayziya, İndoneziya və Sinqapur ümumi tranzit rüsumu əvəzinə göstərilən konkret xidmətlərə görə ödəniş alırlar. Digər təklif isə ödənişlərin Beynəlxalq Dəniz Təşkilatının iştirakı ilə idarə olunacaq birgə fonda yönəldilməsini nəzərdə tutur”, – deyə nəşr yazır.
Yazıda bildirilir ki, vasitəçilik prosesində Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani, Qətərin ABŞ-dakı səfiri Əli Əl-Təvadi, Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir, Misirin xarici işlər naziri Bədr Əbdüləti və Omanın xarici işlər naziri Bədr əl-Busaidi iştirak edirlər.
Regional mənbələrdən biri “Axios”a bildirib ki, Ağ Ev təklifi ciddi şəkildə nəzərdən keçirməzdən əvvəl İordaniyada ABŞ hərbçilərinin öldürülməsinə cavab olaraq İrana qarşı hərbi əməliyyatları daha bir neçə gün davam etdirə bilər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

