Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə
27.07.2026 [10:34]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Cənubi Qafqazın geosiyasi mənzərəsində və Bakı-Berlin- Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni hüquqi-strateji paradiqmanın əsasını qoydu. Berlin Bəyannaməsinin imzalanması və ali səviyyəli danışıqlar göstərir ki, Azərbaycan artıq regional çərçivələri aşaraq Avropanın enerji, logistika və təhlükəsizlik arxitekturasını müəyyən edən əvəzedilməz güc mərkəzi kimi qəbul olunur. Almaniyanın ölkəmizin ərazi bütövlüyünü və postmünaqişə dövrünün reallıqlarını beynəlxalq hüquq səviyyəsində bir daha təsbit etməsi Bakının yürütdüyü müstəqil, uzaqgörən və realizmə söykənən xarici siyasət kursunun növbəti böyük zəfəridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirilmiş xarici iqtisadi siyasət nəticəsində Azərbaycan xam neft ixracı, Avropa İttifaqının 10 ölkəsinə çatdırılan təbii qaz tədarükü və gələcəkdə Avropaya inteqrasiya olunacaq “yaşıl və aşağıkarbonlu hidrogen” layihələri ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin ən etibarlı və artıq sənədləşdirilmiş strateji təminatçısına çevrilib.Bütün bunlar göstərir ki, Azərbaycan Respublikası artıq regional çərçivədən çıxaraq Avropanın təhlükəsizlik, enerji və logistika arxitekturasına birbaşa təsir göstərən, suveren hüquqlarını qətiyyətlə qoruyan və qlobal geosiyasi reallıqları müəyyən edən güc mərkəzidir.
Prezident İlham Əliyevin Berlin səfəri, bu ölkə Prezidenti və Federal Kansleri ilə ali səviyyədə təmaslar başda olmaqla, keçirdiyi görüşlər və əldə olunan tarixi nəticələr artan dövlət gücünün və strateji liderlik uzaqgörənliyinin növbəti parlaq təzahürüdür.Görüşün ən mühüm nəticələrindən biri iki ölkə arasında Strateji Tərəfdaşlıq Gündəliyi üzrə Birgə Bəyannamənin imzalanması oldu. Kansler Mers imzalanan iki birgə bəyannaməni əməkdaşlığın gələcək inkişafı yolunda mühüm addım kimi qiymətləndirib və kiçik-orta sahibkarlıq üçün əlverişli hüquqi-iqtisadi mühitin yaradılmasının vacibliyini vurğulayıb. Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət ayırıb.
Berlin görüşü göstərir ki, Almaniya üçün Azərbaycan enerji təhlükəsizliyi, konnektivlik və regional sabitlik baxımından strateji tərəfdaşa çevrilib. Azərbaycan üçün bu görüş Qərblə əlaqələrin dərinləşdirilməsi, iqtisadi diversifikasiya və sülh prosesindəki roluna beynəlxalq dəstəyin artırılması deməkdir. Regional müstəvidə Azərbaycan-Ermənistan sülh prosesi artıq iqtisadi əməkdaşlıqla möhkəmləndirilən reallığa çevrilir. Prezident Əliyevin Kansler Mersi Azərbaycana səfərə dəvət etməsi isə bu tərəfdaşlığın davamlılığına işarə olan simvolik addım kimi qiymətləndirilə bilər.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

