Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda xüsusi əməliyyat keçirilib, saxlanılanlar var

Gürcüstanda xüsusi əməliyyat keçirilib, saxlanılanlar var

29.07.2026 [19:50]

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici ölkədə fəaliyyət göstərən ən böyük cinayətkar qruplardan birinin 3 üzvünü həbs edib. Onlar bu ölkəyə qanunsuz odlu silah və sursat idxal etməkdə ittiham olunurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX-si məlumat yayıb.

Bildirildiyinə görə, istintaq zamanı məlum olub ki, xarici ölkədə fəaliyyət göstərən ən böyük cinayətkar qruplardan birinin şəbəkə üzvləri qanunsuz olaraq Gürcüstana satış məqsədilə odlu silah və sursat idxal ediblər.

Saxlanılanların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və müvəqqəti yaşayış yerlərinə baxış nəticəsində qanunsuz odlu silahlar, sursatlar, narkotik maddələr və satış üçün hazırlanmış elektron cihazlar sübut kimi götürülüb. İlkin yoxlama zamanı qeyd olunan cihazlarda müxtəlif cinayət əməllərini, o cümlədən xüsusilə külli miqdarda narkotik maddənin satışı ilə bağlı foto və videomateriallar aşkar edilib. Müsadirə olunmuş sübutlar ekspertizaya göndərilib.

DTX beynəlxalq cinayətkar şəbəkədə iştirak edən digər şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün araşdırmaları davam etdirir.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Dünya

Analitik

İdman

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31