Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransanın audiovizual tənzimləmə qurumu “CNews” telekanalını 200 min avro cərimələyib

Fransanın audiovizual tənzimləmə qurumu “CNews” telekanalını 200 min avro cərimələyib

30.07.2026 [18:40]

Fransanın Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (Arcom) 2025-ci ildə yayımlanan və nifrətə təşviq xarakteri daşıyan iki proqram epizoduna görə “CNews” telekanalını 200 min avro məbləğində cərimələyib.

AZƏRTAC xəbər verir ki, qurumun açıqladığı qərara əsasən, sanksiya “CNews”un yol verdiyi pozuntuların xarakteri və miqyası, eləcə də telekanalın oxşar səbəblərlə daha əvvəl cəzalandırılması nəzərə alınaraq tətbiq edilib. Telekanal isə qərardan Fransa Dövlət Şurasına şikayət edəcəyini bildirib.

“Arcom”un iradları 2025-ci ilin iyun və sentyabr aylarında yayımlanan iki verilişlə bağlıdır. Tənqid edilən çıxışlar arasında “Frontieres” media platformasının təsisçisi və “100% Frontieres” proqramının əsas şərhçisi Erik Tenyenin fikirləri xüsusi qeyd olunub.

Birinci proqramda PSJ-nin UEFA Çempionlar Liqasındakı qələbəsindən sonra baş verən iğtişaşlar müzakirə olunarkən, Erik Tenye ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsini immiqrasiya mənşəli şəxslərlə əlaqələndirib və zorakılıq törədənlərin Fransa cəmiyyətinə “qorxutma mesajı” göndərdiyini iddia edib. Həmçinin siyasətçi Erik Zemmurun sosial şəbəkələrdə yayılan videosunun kifayət qədər alternativ mövqe təqdim edilmədən efirə verildiyi bildirilib.

İkinci proqram Belçikanın Molenbek-Sen-Jan bələdiyyəsində hicablı bir qadın deputatın çıxışı ilə bağlı olub. “Arcom” hesab edir ki, veriliş iştirakçıları həmin hadisəni Fransada da baş verdiyi iddia olunan “böyük əvəzlənmə” nəzəriyyəsinin nümunəsi kimi təqdim ediblər. Erik Tenye isə efirdə “İslam fəth dinidir” ifadəsini işlədib.

“Arcom”un qənaətinə görə, hər iki proqram tamaşaçılarda qorxu və rədd hissi yarada, nifrəti və ayrı-seçkilik xarakterli davranışları təşviq edə biləcək məzmun daşıyıb.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31