Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

31.07.2026 [22:55]

NATO Rusiya ilə bağlı təhlükəsizlik riskləri fonunda Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi istiqamətində planlar hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşrində dərc olunan məqalədə bildirilib.

Qəzet Almaniyanın dpa agentliyinə istinadla bildirir ki, müzakirə olunan variantlar arasında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsi də var. Məlumata əsasən, planlar əsasən qeyri-strateji nüvə silahlarını əhatə edir. Bu silahlar hərbi infrastruktur, qoşun birləşmələri, hava bazaları və komanda mərkəzlərinə qarşı istifadə üçün nəzərdə tutulur və adətən, döyüş təyyarələri, qısamənzilli raketlər və ya qanadlı raketlərlə daşınır.

NATO-nun Baş katibi Mark Rütte dpa-ya müsahibəsində Avropada ABŞ-nin nüvə silahlarının sayının artırılması ehtimalını istisna etməyib. O, təhlükəsizlik səbəbindən konkret planları açıqlamasa da, Alyansın nüvə çəkindirmə imkanlarını davamlı şəkildə qiymətləndirdiyini və dəyişən təhlükəsizlik mühitinə uyğun zəruri addımlar atacağını diqqətə çatdırıb.

Məqalədə vurğulanır ki, hazırda ABŞ-nin “B61-12” tipli təxminən 100 nüvə bombası Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyə ərazisində yerləşdirilib. Böyük Britaniyadakı Leykenhit aviabazasına da bu tip bombaların yerləşdirilmiş ola biləcəyi ehtimal edilir. Təhlükəsizlik vəziyyəti daha da gərginləşərsə, gələcəkdə Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilə bilər.

İyunda NATO-nun Nüvə Planlaşdırma Qrupunun iclasından sonra Alyans son iyirmi ilə yaxın müddətdə ilk dəfə nüvə imkanlarının modernləşdirilməsi və çəkindirmə siyasətinin yeni təhlükələrə uyğunlaşdırılmasına dair birgə bəyanat qəbul edib.

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30