Avtomobil bazarında durğunluq...
04.08.2026 [09:35]
Satışlar niyə aylarla uzanır?
Son zamanlar avtomobil bazarında durğunluq yaşanır. Satıcılar da, alıcılar da bazarın əvvəlki qədər hərəkətli olmadığını bildirirlər. Əvvəllər bazarda hər gün onlarla alqı-satqı baş verirdi. İndi isə bəzi avtomobillər həftələrlə, hətta aylarla alıcı gözləyir. Satıcılar qiymət endirimlərinə getsələr də, bu, hər zaman nəticə vermir.
Yay aylarında bazarda müəyyən canlanma gözlənilsə də, bu il gözləntilər tam doğrulmayıb. Xüsusilə də paytaxtın Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında əvvəlki canlanma hiss olunmur. Həftə sonları belə bazarda hərəkətlilik zəifləyib. Alıcıların sayı azalıb. Satıcılar isə uzun müddət müştəri gözləməli olurlar.
Müşahidələr göstərir ki, bazarda ən çox maraq yanacaq sərfiyyatı az olan və texniki vəziyyəti yaxşı avtomobillərə yönəlir. Bahalı modellərə tələbat isə zəifdir. Bu səbəbdən həmin avtomobillərin satışı daha uzun çəkir.
Onlayn satış ənənəvi avtomobil bazarlarını geridə qoyur
Avtomobil bazarındakı durğunluqla bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtomobil bazarındakı qıtlığın bir neçə səbəbi var. O, qeyd edib ki, avtomobillərin qiymətləri son illərdə yüksəlib. Bu isə alıcılıq qabiliyyətini zəiflədib: “İnsanlar daha ehtiyatlı qərar verir və böyük məbləğ tələb edən alışları təxirə salırlar.
Digər mühüm səbəb rəqəmsal platformaların bazardakı rolunun artmasıdır. Hazırda alıcı və satıcıların böyük hissəsi avtomobilləri internet üzərindən təqdim edir. İlkin razılaşmalar da onlayn əldə olunur. Buna görə də fiziki bazarlara üz tutanların sayı əvvəlki kimi deyil”.
Alıcıların seçim meyarları da dəyişib
İ.Hüseynli qeyd edib ki, bazarın durğunlaşmasına təsir edən amillərdən biri də avtomobil idxalı və valyuta bazarındakı dəyişikliklərdir: “Xaricdən gətirilən nəqliyyat vasitələrinin maya dəyərinin artması ümumi qiymətlərə təsir göstərir. Bu isə həm satıcının, həm də alıcının qərar verməsini çətinləşdirir. Eyni zamanda, alıcıların seçim meyarları da dəyişib. Yanacağa qənaət edən, texniki vəziyyəti yaxşı olan və nisbətən yeni modellərə maraq yüksəkdir. Köhnə avtomobillərin satışı isə əvvəlki qədər sürətli deyil”.
Bazarda yenidən canlanma mümkündürmü?
Ekspertin sözlərinə görə, müəyyən şərtlər daxilində bazarda aktivliyin artması mümkündür: “Mövsümi amillər burada mühüm rol oynayır. Yayın sonu və payız aylarında alqı-satqının nisbətən artması gözlənilə bilər. Bundan başqa, əhalinin gəlirlərində artım, kredit şərtlərinin əlverişli olması və avtomobil bazarında qiymət sabitliyi də bazara müsbət təsir göstərə bilər. Lakin yaxın perspektivdə əvvəlki illərdəki yüksək hərəkətliliyin tam bərpa olunacağı gözlənilmir. Çünki avtomobil bazarı artıq dəyişən istehlak vərdişlərinə uyğunlaşır. Onlayn satış kanalları genişlənir, alıcılar qərarlarını daha uzun müddətdə verir və bazar əvvəlkindən daha ehtiyatlı davranış modeli ilə fəaliyyət göstərir.
Hazırkı mənzərə göstərir ki, Badamdardakı avtomobil bazarında müşahidə olunan durğunluq təkcə mövsümi səbəblərlə bağlı deyil. Bu, iqtisadi amillərin, qiymət siyasətinin və alqı-satqı vərdişlərində baş verən dəyişikliklərin birgə təsirinin nəticəsidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20

