Azərbaycan–Qırğızıstan əməkdaşlığı: yeni imkanlar, yeni hədəflər
05.08.2026 [11:17]
Azərbaycan ilə Qırğızıstan arasında dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ortaq tarixi köklər, türk dünyasının birliyinə verilən önəm, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyul tarixində Qırğızıstan Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisələrdən biri kimi qiymətləndirilir.
Görüşlər zamanı Azərbaycan–Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Tərəflər siyasi dialoqun yüksək səviyyədə davam etdiyini vurğulayaraq ticarət, investisiya, nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı, turizm, təhsil və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər. Xüsusi diqqət Orta Dəhlizin inkişafına və regionun nəqliyyat-kommunikasiya imkanlarının artırılmasına yönəldilib. Azərbaycanın Xəzər dənizi üzərindən həyata keçirdiyi mühüm nəqliyyat layihələri ilə Qırğızıstanın tranzit imkanlarının uzlaşdırılması Avrasiya məkanında yükdaşımaların daha səmərəli təşkilinə töhfə verə bilər. Bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi həm iqtisadi əməkdaşlığın dərinləşməsinə, həm də regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Çolpon-Ata şəhərində keçirilən görüşlərdə türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məsələləri də ön plana çıxıb. Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edərək ortaq layihələrin həyata keçirilməsinə və inteqrasiya proseslərinin sürətləndirilməsinə mühüm töhfələr verirlər. Dövlət başçılarının görüşü bu istiqamətdə qarşılıqlı siyasi iradənin bir daha nümayiş etdirilməsi baxımından da əlamətdar olub.
Humanitar əlaqələrin inkişafı, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə olunan əsas mövzulardan biri olub. İki qardaş xalq arasında ortaq tarix, dil və mədəni dəyərlər münasibətlərin möhkəm təməlini təşkil edir. Son illərdə qarşılıqlı mədəni tədbirlərin, tələbə mübadiləsinin və birgə layihələrin sayının artması xalqlar arasında əlaqələrin daha da dərinləşdiyini göstərir.
Prezident İlham Əliyevin Çolpon-Ataya səfəri Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, qarşıdakı dövrdə birgə layihələrin reallaşdırılması və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratdı. Azərbaycan və Qırğızıstan arasında mövcud olan qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar gələcək illərdə də əməkdaşlığın genişlənəcəyini göstərir. Bu münasibətlər təkcə iki ölkənin milli maraqlarına deyil, həm də türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sabitlik və iqtisadi inkişafın təşviqinə mühüm töhfə verməyə davam edəcək.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

