“Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi uğurla başa çatıb
07.08.2026 [22:14]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İnnovativ Təşəbbüslərə Dəstək (İTD) İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində təşkil olunan təlim kursunun bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində 30 iyun–5 avqust tarixləri arasında iştirakçıların süni intellektdən istifadə etməklə müasir rəqəmsal kommunikasiya və məzmun yaratma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə geniş tədris proqramı həyata keçirilib. Proqram çərçivəsində iki əyani təlim və onlayn formatda bir ay davam edən kurs təşkil olunub. Əyani təlimlər Bakı şəhəri, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza”da keçirilib.
Kurs proqramı süni intellektin sosial media və rəqəmsal kommunikasiya sahəsində praktik tətbiqini əhatə edən 5 əsas modul üzrə qurulub.
Birinci modul — “Başlanğıc və Sİ əsasları” çərçivəsində iştirakçılara süni intellektin sosial mediada yaratdığı imkanlar və məhdudiyyətlər, Sİ etikası və məsuliyyətli istifadə prinsipləri, ənənəvi və süni intellekt dəstəkli iş proseslərinin müqayisəsi, generativ süni intellekt platformaları və mikro-təsiredici yaradılması ilə bağlı praktiki biliklər təqdim olunub.
İkinci modul — “Kampaniya əsasları və Sİ ilə planlaşdırma” zamanı süni intellekt dəstəyi ilə kampaniya məqsədlərinin müəyyənləşdirilməsi, müştəri və şirkət personalarının yaradılması, effektiv promptların hazırlanması, eləcə də Sİ vasitəsilə kommunikasiya və kampaniya briflərinin hazırlanması və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetirilib.
Üçüncü modul — “Sİ dəstəyi ilə məzmun yaradılması və təkmilləşdirmə” iştirakçıların mətn və sosial media paylaşıqlarının hazırlanması və genişləndirilməsi, süni intellekt vasitəsilə şəkil və videoların redaktəsi, əlçatanlıq prinsiplərinin tətbiqi, Sİ ilə yaradılmış məzmunun aşkarlanması və açıqlanması, həmçinin məzmunun brendə uyğun lokallaşdırılması üzrə bacarıqlarının inkişafına yönəlib.
Dördüncü modul — “Sİ ilə idarə olunan mikro-təsiredici strategiyası” çərçivəsində mikro-təsiredici personasının yaradılması, platformalararası məzmun avtomatlaşdırılması, kampaniya nəticələrinin proqnozlaşdırılması, fərqli strategiya variantlarının hazırlanması və müqayisəsi mövzuları tədris olunub.
Beşinci modul — “Analitika və optimallaşdırma” isə iştirakçılara sentiment analizinin aparılması, performans göstəricilərinin proqnozlaşdırılması, platformalararası hesabatların hazırlanması və əldə olunan məlumatlar əsasında optimallaşdırma qərarlarının verilməsi üzrə bilik və bacarıqlar qazandırıb.
Tədris proqramı nəticəsində iştirakçılar süni intellekt alətlərinin sosial media strategiyasında effektiv tətbiqi, məsuliyyətli və şəffaf Sİ istifadəsi, data əsaslı qərarvermə, mikro-təsiredici marketinqi, məzmun avtomatlaşdırılması və nəticələr əsasında davamlı optimallaşdırma istiqamətlərində praktiki bacarıqlar əldə ediblər.
Layihənin bağlanış tədbirində açılış nitqi ilə çıxış edən “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsinin rəhbəri Abbas Pənahov layihənin əsas məqsədinin iştirakçılara data əsaslı şəkildə kommunikasiya qurmaq və fəaliyyətlərini təkmilləşdirmək bacarıqları qazandırmaq olduğunu diqqətə çatdırıb. O, süni intellekt texnologiyalarının sosial media fəaliyyətində yaratdığı yeni imkanlardan və rəqəmsal məzmun istehsalında innovativ yanaşmaların əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən YAP Sosial Media Qrupunun məsləhətçisi Rəsul Səlimzadə süni intellekt alətlərinin müasir informasiya mühitində, xüsusilə rəqəmsal platformalarda daha operativ, hədəfli və keyfiyyətli məzmun hazırlanması baxımından mühüm rol oynadığını vurğulayıb. O, bu istiqamətdə bilik və bacarıqların davamlı şəkildə artırılmasının aktuallığını qeyd edib.
Açılış çıxışlarından sonra tədbir iştirakçıların fəal müzakirələri və interaktiv fikir mübadiləsi ilə davam edib.
Diskussiyalar zamanı YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, YAP Sosial Media Qrupunun məsləhətçiləri Rəna Süleymanlı, Səriyyə İsgəndərova, Aygün Abbasova və digərləri çıxış edərək öz fikirlərini və təcrübələrini bölüşüblər.
Çıxış edənlər süni intellekt alətlərinin gündəlik ictimai-siyasi fəaliyyətdə, eləcə də partiyanın rəqəmsal kommunikasiya strategiyasında tətbiqi perspektivlərini dəyərləndiriblər. Bildirilib ki, bu istiqamətdə keçirilən innovativ və praktikyönümlü təlimlər yeni texnologiyaların iş proseslərinə inteqrasiyasına, fəaliyyətin daha səmərəli təşkilinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.
Sonda “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi çərçivəsində təşkil edilən təlimləri və 5 moduldan ibarət kurs proqramını müvəffəqiyyətlə tamamlayan iştirakçılara Kaliforniya Universitetinin (UC Davis) rəsmi sertifikatları təqdim olunub.
Tədbir iştirakçılarla xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48

