Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb
16.08.2026 [10:25]
Mərakeş polisi sosial şəbəkələrdə yeni kütləvi miqrant keçidi ilə bağlı çağırışların yayılmasından sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda İspaniyanın Şimali Afrikadakı Seuta anklavına keçməyə cəhd edən azı 111 nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyindəki mənbə “Reuters”ə məlumat verib.
Saxlanılanlar arasında Saharadan cənubda yerləşən Afrika ölkələrindən olan 109 miqrant və iki Mərakeş vətəndaşı var.
İspaniyanın EFE xəbər agentliyinin məlumatına görə, Mərakeş polisi sərhəddən təxminən 3 kilometr məsafədəki təpələrdə toplaşan miqrant qruplarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Seutada ispan hərbçiləri supermarketləri qoruyub, polis şəhərin əsas küçələrində nəzarəti gücləndirib. Şəhərdə vəziyyət iyulun 30-da baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən kütləvi keçid cəhdindən sonrakı günlərlə müqayisədə daha sakit olub.
Madrid bundan sonra Seutanın sahillərində dəniz maneəsi quraşdırıb və materik İspaniyadan 500-dən çox əlavə polis əməkdaşı göndərib. Bununla anklavda xidmət aparan polis əməkdaşlarının ümumi sayı 1600-ü ötüb. Daxili İşlər Nazirliyi gücləndirilmiş qüvvələrin zərurət yarandığı müddətdə Seutada qalacağını bildirib.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska avqustun 13-də bildirib ki, iyulun 30-da baş verən hadisələrin təkrarlanmasının qarşısını almaq və normal vəziyyəti mümkün qədər tez bərpa etmək üçün zəruri sayda əlavə qüvvələr göndəriləcək. Nazirin sözlərinə görə, hazırda Seutada təxminən 5 min miqrant qalır.
F.Qrande-Marlaska bildirib ki, Seutaya qanunsuz daxil olan miqrantların, müstəsna hallarda ciddi həssaslıq vəziyyətində olan şəxslər istisna olmaqla, anklavda qalmasına, İspaniyanın materik hissəsinə keçməsinə və ya hüquqi status əldə etməsinə icazə verilməyəcək. Qalma hüququ olmayan şəxslərin Mərakeşə qaytarılacağı qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41

