Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

16.08.2026 [12:10]

Zimbabvedə avqustun 11-də Kariba su anbarında bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ZBC telekanalı polis məlumatlarına istinadən bildirib.

Bundan əvvəl qəza nəticəsində 68 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Paralel olaraq həlak olanların yaxınları tərəfindən meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi aparılır.

Bərədə neçə nəfərin olduğu dəqiq məlum deyil. Buna səbəb valideynlərinin müşayiəti ilə səyahət edən uşaqların bilet almadan gəmiyə buraxılmasıdır.

İlkin məlumatlara görə, güclü külək və dalğalanma nəticəsində bərə dərinliyi 50 metrdən çox olan Kariba su anbarında çevrilib. Gəmidə 160-dan çox insanın ola biləcəyi bildirilir.

Qəzadan sonra 77 nəfərin xilas edildiyi qeyd olunur.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31