Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

17.08.2026 [09:10]

Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərinin etibarlı mühafizəsinə xidmət etmiş, milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Novruzov avqustun 16-da vəfat edib.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-mayorun dəfn mərasimi avqustun 17-də Hərbi Memorial Məzarlıqda keçiriləcək. Mərasim saat 10:00-da başlayacaq.

Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olub.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlayıb, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirib, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət edib.

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adına, həmçinin “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülüb.

Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılıb, Azərbaycan milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə edib. Onun “Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır” mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirib və xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31