Pasiyentlərin göstərilən tibbi xidməti qiymətləndirmək imkanı olacaq
02.09.2026 [22:51]
Azərbaycanın böyük şəhərləri istisna olmaqla, digər regionlarda həkimlər üçün əlavə ödəniş mexanizmi də nəzərdə tutulub. Yəni, görülmüş işə görə hesablanan bonuslara 1,3 rəqəmsal əmsalı tətbiq ediləcək. Cərrahi tibbi xidmətlərə görə, fizioterapiya və reabilitasiya xidmətlərinə görə, anesteziologiya xidmətlərinə görə, invaziv radiologiya görə təmin olunan bonuslar Bakı və digər böyük şəhərlərdə 2000 manat olduğu halda, regionda 1,3 əmsalı tətbiq edilərək bu artıq 2600 manat təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.
"Eyni zamanda, ambulator həkimlərin aylıq əlavə ödənişlərində də dəyişiklik edilib. Bakıda və digər iri şəhərlərdə gün ərzində 22 xəstə baxışı keçirən həkimlərin əlavə bonusu 1200 manat təşkil edirsə, regionlarda bu, 1800 manat olacaq. Bakı və digər böyük şəhərlərdə 36 xəstəyə baxan həkim üçün əlavə ödəniş 1800 manat təşkil edirsə, regionlarda bu, 2700 manat olacaq. Göründüyü kimi, Bakı ilə böyük şəhərlər və digər regionlar arasındakı bonus fərqi 900 manat təşkil edəcək", - deyə Anar Bayramov qeyd edib.
İcraçı direktor əməkhaqqının ödənilməsi qaydasında pasiyentlərin məmnunluğunun ödənişlərə təsiri mexanizminin də hazırlandığını diqqətə çatdırıb: "Yəni, hər bir pasiyentin mobil tətbiq vasitəsilə göstərilən xidməti qiymətləndirmək imkanı olacaq və göstərilən xidmətin qiymətləndirilməsi nəticəsində həkimlərə hesablanan əlavə ödənişlərə əmsallar tətbiq ediləcək. Xəstə razı qaldığı təqdirdə, bu əmsal 1,2-ə qədər artacaq. Xəstənin narazı qaldığı halda isə bu əmsal 0,8-ə qədər enəcək".
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

