“OPEC+” ölkələri razılaşdı
10.09.2026 [09:17]
Neft hasilatının sabit saxlanması qərara alınıb
Yeddi “OPEC+” ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman) oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlamaq barədə razılığa gəlib. Sazişin liderləri - Səudiyyə Ərəbistanı və Rusiya üçün neft hasilatının maksimal həddi müvafiq olaraq 10,478 mln. barel/gün və 9,949 mln. barel/gün səviyyəsində saxlanılıb. İraq 4,431 mln. barel/gün, Küveyt 2,676 mln. barel/gün, Qazaxıstan 1,628 mln. barel/gün, Əlcəzair 1,007 mln. barel/gün, Oman isə 841 min barel/gün hasil etmək hüququna malikdir. Saziş iştirakçıları onun tam icrasına nail olmağa sadiq qaldıqlarını təsdiqləyiblər.
“OPEC+” ölkələri bununla neft hasilatı kvotasını gündəlik təxminən 36 milyon bareldə saxlamış olacaq. Alyans üzvləri ilə bərabər, “OPEC” ölkələrinin də hasilatı öz kvotalarına uyğun olaraq sabit saxlaması gözlənilir. Belə ki, ABŞ və İran arasında imzalanmış memorandumdan sonra Fars körfəzi ölkələri hasilatı əhəmiyyətli dərəcədə artırmaqdadır. Beləliklə, qlobal neft tədarükündə əsas rol oynayan “OPEC” və “OPEC+” ölkələri gündəlik hasilat və nəql kvotasını ilin əvvəlindəki çərçivəyə qaytarmaqla, bazarı tarazlamaq niyyətindədir.
Qiymətlərin 80-90 dollar olması münasib hesab edilir
“OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Alyans üzvlərinin siyasətində neftin baha qiymətə satılması arzuolunan hesab edilmir, tədarükçülər orta qiymət zənbilinin 80-90 dollar arasında olmasını münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.
“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. Yaxın Şərqdə və Fars körfəzində baş verən son hadisələr və Hörmüz boğazının bağlanmasından sonra aprelin əvvəlində hasilatı 200 min barelə yaxın artıran “OPEC+” ölkələri bununla da qiymətlərin sabitliyinin təmin edilməsi üçün mühüm addımlardan birini atdı.
Azərbaycan alyans üzvlərinin razılaşmasını dəstəkləyir
“OPEC +” ölkələrinin anlaşmasına əsasən, Azərbaycanın gündəlik nəql kvotası əvvəlki həcmdə - təxminən 450-540 min barel müəyyən edilib. Alyans ölkələrinin razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotasını 551 min barelədək artırması qərara alınsa da, son 2 ayda faktiki hasilat həmin rəqəmdən 90 min barel az olub. Belə ki, bu ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib.
Mövcud kvota ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilir. Ümumiyyətlə, respublikamız istər “OPEC”in, istərsə də “OPEC+”in tədbirlərində qəbul edilən qərarlara həmişə hörmətlə yanaşıb və rəsmi Bakı üçün kvotanın azaldılması barədə dəfələrlə irəli sürülmüş təklifləri tam yerinə yetirib.
Azərbaycan alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə də son dövrlərdə “yaşıl enerji” üzrə layihələrdə “OPEC”in ən iri təchizatçıları olan BƏƏ və Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” konsepsiyasında yaxın tərəfdaşlıq və birgə günəş və külək stansiyalarının qurulması bu fəallığın nümunəsi kimi qiymətləndirilir. Bunu “OPEC”in baş katibi Haysam əl-Qays də etiraf edir və bildirib ki, kartel ölkələri ilə Azərbaycan arasında əlaqələri hər zaman yüksək olub, hazırkı əməkdaşlıq isə “qızıl dövr”ünü yaşayır. “OPEC”in rəhbərliyi qlobal səviyyədə yanacaq emissiyasının azaldılması və yaşıl hidreogenə keçidlə bağlı beynəlxalq təşəbbüslərin dəstəkləyicisi olan Azərbaycanın səylərini də yüksək dəyərləndirib.
Bazardakı vəziyyətə uyğun yeni qərar veriləcək
Qlobal bazarın təxminən 40-42 faizini neftlə təmin edən “OPEC+” ölkələri oktyabrın 4-də növbəti toplantı zamanaı, neft bazarı ilə bağlı vəziyyətə uyğun yeni qərar verəcək. Alyans ölkələrinin istehsal və nəql kvotasının artırılıb-artırılmayacağı qiymətlərin və istehlakın səviyyəsinə uyğun qiymətləndirilərək veriləcək. Əgər neftin qiyməti sabit qalarsa, hasilatın azaldılmasına qərar verilməyəcək. Qiymətlərdə kəskin enişlərin baş vermə tendensiyası müşahidə olunarsa, risklər nəzərə alınaraq hasilatın azaldılmasına qərar verilə bilər.
Yeri gəlmişkən, ABŞ-ın Enerji İnformasiya Administrasiyası cari ilin ikinci yarısında neft qiymətlərinə dair ehtimallarını açıqlayıb. Məlumata görə, “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 78,84 dollar olacaq, “Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 73,61 dollar olacağı gözlənilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34

