Reallıq qarşısında revanşizm: Qarabağdan görünən həqiqət
15.09.2026 [15:28]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri artıq yalnız ölkə daxilində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də yaxından izlənilir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfərləri də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Diplomatların gördükləri reallıqlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hansı böyük dəyişikliklərin baş verdiyini birbaşa müşahidə etməyə imkan yaradır. Bu səfərlər həm də Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm diplomatik platformadır. Çünki uzun illər ərzində Ermənistan və onun bəzi dairələri tərəfindən dünya ictimaiyyətinə təqdim olunan birtərəfli və təhrif edilmiş təsəvvürlərlə real vəziyyət arasında ciddi fərq var. Qarabağa və Şərqi Zəngəzura səfər edən xarici diplomatlar isə hadisələri artıq kənardan deyil, bilavasitə yerində görmək imkanı əldə edirlər. Bu da Azərbaycanın yaratdığı yeni reallığın ən mühüm göstəricilərindən biridir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlərin miqyası olduqca böyükdür. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların və kommunikasiya xətlərinin salınması, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin inşası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi artıq yeni mərhələnin əsas istiqamətlərindəndir. Diplomatik nümayəndələrin səfərləri zamanı bütün bunların canlı şəkildə nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət yalnız görülən tikinti işlərindən getmir. Söhbət Azərbaycanın müharibədən sonrakı dövrdə yaratdığı sosial, iqtisadi və humanitar modeldən gedir.
Təəssüf doğuran məqan ondan ibarətdir ki, məhz belə səfərlər Ermənistanın revanşist dairələrində ciddi narahatlıq doğurur. Onların reaksiyası bir daha göstərir ki, müəyyən qüvvələr bölgədə formalaşmış yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər. Əslində, bu narahatlığın səbəbi kifayət qədər aydındır: reallıq görüldükcə illər ərzində formalaşdırılmış miflər öz təsirini itirir. Erməni revanşist qüvvələrin müxtəlif bəyanat və açıqlamalarında diplomatik korpus nümayəndələrinin Qarabağa səfərlərinə etiraz edilməsi, həmin səfərlərin guya “tərəfli” xarakter daşıması barədə fikirlərin səsləndirilməsi təsadüfi deyil. Bu yanaşmanın arxasında bölgədə yaranmış yeni vəziyyətlə barışmamaq cəhdi dayanır. Revanşist dairələr anlayırlar ki, Azərbaycan ərazilərində həyatın bərpa olunması, insanların geri qayıtması, yeni şəhərlərin və kəndlərin salınması və beynəlxalq nümayəndələrin bütün bunları yerində müşahidə etməsi Ermənistanın illər ərzində apardığı təbliğatın təsir imkanlarını zəiflədir. Başqa sözlə, onların narahatlığı diplomatik səfərin özündən daha çox, həmin səfər zamanı görünən reallıqla bağlıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq yalnız müharibənin nəticələri ilə xatırlanan ərazilər deyil. Bu torpaqlarda yeni həyat qurulur. Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri insanların təhlükəsiz, layiqli və davamlı şəkildə öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Azərbaycanın diplomatik korpus nümayəndələrini işğaldan azad edilmiş ərazilərə dəvət etməsi ölkənin şəffaf mövqeyinin göstəricisidir. Bakı beynəlxalq nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura gəlib vəziyyəti öz gözləri ilə görməsində maraqlıdır. Diplomatların səfərləri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Onlar dağıdılmış ərazilərin bərpasını, yeni infrastruktur layihələrini, yaşayış məntəqələrinin yenidən qurulmasını və Böyük Qayıdış prosesini yerində müşahidə edirlər. Bu, eyni zamanda beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır: regionda yeni dövr başlayıb və bu dövrün əsas məzmununu müharibə deyil, quruculuq təşkil edir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin ən mühüm nəticəsi insanların öz doğma yurdlarına qayıtmasıdır. Uzun illər məcburi köçkün həyatı yaşamış ailələrin öz evlərinə dönməsi təkcə sosial layihə deyil, həm də böyük tarixi və mənəvi hadisədir. Yeni yaşayış məhəllələri, məktəblər, inzibati binalar, yollar, elektrik və su infrastrukturu bu torpaqlarda həyatın yenidən canlandığını göstərir. Diplomatik korpus nümayəndələrinin səfərləri bu prosesin beynəlxalq səviyyədə tanınmasına və obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir. Məhz buna görə həmin səfərlərə qarşı revanşist reaksiyaların sərgilənməsi müəyyən mənada təəccüblü deyil. Çünki quruculuq və inkişaf görüntüsü revanşizm ideologiyasının mahiyyətinə ziddir.
Bu gün Cənubi Qafqazın gələcəyi ilə bağlı ən mühüm məsələ davamlı sülhün və əməkdaşlığın təmin olunmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə yeni müharibənin deyil, sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın tərəfdarıdır. Revanşist çağırışlar isə bu perspektivə xidmət etmir. Əksinə, belə mövqelər regionda qarşılıqlı etimadın formalaşmasına mane olur. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri də məhz bu reallığı göstərir: region artıq keçmişin münaqişə məntiqi ilə deyil, gələcəyin inkişaf və əməkdaşlıq gündəliyi ilə qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04

