2030-cu ilə qədər 17 hədəf
10.09.2026 [10:43]
Asiya İnkişaf Bankı Xəzər, Qara dəniz və CAREC regionunda nəqliyyat dəhlizlərinə çoxmilyardlıq sərmayə yatıracaq
Asiya İnkişaf Bankı (AİB) çoxistiqamətli maliyyələşmə proqramı çərçivəsində investisiyaları hazırda yeni təşəbbüslərə - logistika və nəqliyyat layihələrinə, limanlara, gəmiçiliyə və multimodal logistik infrastrukturların modernləşməsinə yönəltmək niyyətindədir. Bankın baş nəqliyyat mütəxəssisi Adrian Sammons Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgisində bildirib ki, Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) Proqramı üzrə yeni layihənin əsas məqsədi maliyyələşdirilməsi iqlimə dayanıqlı limanları, logistikanı və gəmiçilik sektorlarının imkanlarını artırımasıdır. Layihə Xəzər, Qara dəniz və CAREC regionunda dayanıqlı ticarət koridorlarının qurulmasını və rəqəmsallaşdırılmasını nəzərdə tutur.
10 milyard dollardan çox investisiya
Bankın prezidenti Masato Kanda bir müddət əvvəl AİB-in Səmərqənddə keçirilən 59-cu İllik Toplantısında bəyan edib ki, Asiya Bankı 2030-cu ilə qədər Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Yenilənmiş tərəfdaşlıq proqramına əsasən, bu region ölkələrində yeni texnologiyaların tətbiqini və rəqəmsal iqtisadiyyatı təşviq edən layihələrin icrası və rəqəmsal transformasiyanın dərinləşməsi üçün inklüziv infrastrukturlara 10 milyard dollardan çox sərmayə yatırılacaq.
Qeyd edək ki, “Özəl Kapitalın Cəlb Edilməsi göstəricisinin hazırlanması və tətbiqinə dəstək” layihəsi çərçivəsində ilk maliyyə tranşı təsdiqlənib və icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollardan artıqdır. Növbəti layihələrin dəyəri isə AİB Qrupunun növbəti qərarları zamanı bəlli olacaq. Ümumilikdə, AİB-in Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub.
CAREC proqramı üzrə maliyyə dəstəyi göstəriləcək
Masato Kanda bildirib ki, Asiya-Sakit okean və Xəzər regionu ölkələrinin dayanıqlı və inklüziv artımına kömək edən transsərhəd əlaqələrin gücləndirilməsi perspektiv fəaliyyət planının əsas prinsiplərindən biridir. Müasir sarsıntılar sərhədləri aşaraq enerji bazarları, təchizat zəncirləri və rəqəmsal şəbəkələr vasitəsilə sürətlə ötürülür və bir sıra icmalara zərbə vurur. Bu problemlərin həlli milli sərhədləri aşan əlaqələndirilmiş regional tədbirlər tələb edir. Ona görə də, AİB yeni baxış strategiyası çərçivəsində təkcə Asiya regionu ölkələrini deyil, Cənubi Qafqaz da daxil olmaqla böyük bir coğrafiyada inkişaf arxitekturasının qurulmasına davamlı dəstək verməyə çalışacaq. Eləcə də, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə bölgədə davamlı inkişafı təmin edəcək digər layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.
CAREC proqramı çərçivəsində 2030-cu ilə qədər inteqrasiya olunmuş ticarət gündəliyinin ikinci mərhələsi olan “Rəqəmsal ticarətin sürətləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün texniki şərtlər razaılaşdırılıb və təsdiqlənib. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edəcək layihəni AİB-in yaxın tərəfdaşı olan Cənubi Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondu maliyyələşdirəcək. Layihə ticarət sənədlərinin rəqəmsallaşdırılmasını, rəqəmsal ticarət üzrə model qaydalarını, prinsip və standartlarını, sərhədlərarası məlumat axınını idarəetmə sisteminin və ödənişlərin təşviqini nəzərdə tutur.
“Maneəsiz Rəqəmsal Dəhliz”in maliyyə təchizatçısı
Asiya Bankı Orta Dəhlizin maliyyə donoru kimi də aktiv təchizatçı olacaq. Regional əməkdaşlığın genişləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyətinin artdığını diqqətə çatdıran A.Sammons qeyd edib ki, bu yolun əhəmiyyəti son dövrlərdə daha da artırır. Bank həmin dəhlizin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhlizi üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.
A.Sammons yeni maliyyələşdirmə tranşının Xəzər, Qara dəniz və CAREC regionunda strateji cəhətdən rəqabətədavamlı güclü nəqliyyat tranzitlərinin formalaşacağına əmindir. Yeni infrastrukturların qurulması real ticarət axınlarına cavab verən tranzitləri formalaşdıracaq. Eyni zamanda, icra edilən layihələr nəqliyyat koridorundakı kritik problemləri, xüsusən də müəyyən edilmiş maneələri - səmərəsiz sərhəd keçidləri, dəmir yolu, avtomobil yolu və ya limandakı ötürücülük qabiliyyəti məhdudiyyətləri, zəif multimodal əlaqələri aradan qaldıracaq. Həmçinin, rəqəmsallaşma şəffaf idarəetməni gücləndirəcək, səmərəli gömrük prosedurları sayəsində qurumlar arasında koordinasiya artacaq.
Ümumilikdə, Asiya Bankının yeni investisiya layihəsi Azərbaycan da daxil olmaqla böyük bir coğrafiyada nəqliyyat-logistika axıcılığını gücləndirəcək, iqtisadi cəhətdən əsaslandırılmış geniş ticarət keçidlərini təmin edəcək.
Layihə Azərbaycan- CARES ticari-logistik mübadiləsini genişləndirəcək
Yeni layihənin icrası e-ticarət qaydalarının asanlaşması sayəsində böyük bir coğrafiyada rəqəmsal habın formalaşmasını təmin etməklə Azərbaycanın CARES ölkələri ilə ticari-logistik mübadilələrini də genişləndirəcək. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarət dövriyyəsi 5 milyard dolları ötüb və CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı 12 faizə çatıb. Eyni zamanda, respublikamız təşkilata üzv olan ölkələrin iqtisadiyyatına birbaşa 4,2 milyard dəyərində investisiya yatırıb, qarşı tərəfin də sərmayələrində artımlar baş verib. Hədəflər isə böyükdür və daha böyük ticarət dövriyyələrinin əldə olunmasıdır. Həmin hədəflərin reallaşması sayəsində Azərbaycan- CAREC ölkələri arasında ticarət, investisiya imkanları da xeyli artmış olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26

