Uzaqgörən və məqsədyönlü siyasi strategiya
11.09.2026 [17:34]
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, təşkilat hesabat dövründə fəaliyyətini qarşıya qoyulmuş vəzifələrə uyğun qurub, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. Vurğulanıb ki, partiya üzvlərinin ictimai fəallığının artırılması və ideoloji prinsiplərin təbliği istiqamətində ardıcıl iş aparılıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rolundan danışıb, partiyanın cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsədlər ətrafında birləşdirən siyasi qüvvə olduğunu vurğulayıb. O, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində, o cümlədən Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov partiyanın keçdiyi şərəfli yol, veteranların ictimai-siyasi proseslərdə rolu və gənc nəslin dövlətçilik ənənələrinə bağlı ruhda formalaşmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Partiya fəalı, Göyçay şəhər 4 saylı tam orta məktəbin müəllimi Firəngiz Məmmədyarova, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ərazi partiya təşkilatının sədri Səbinə Qurbanova və Qaraməryəm kənd bələdiyyəsinin sədri Süleyman Səfərov partiyanın fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunaraq, ərazi partiya təşkilatlarının işinin səmərəli qurulması, üzvlərin ictimai fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdırıblar.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev partiyanın 2021-ci il martın 5-də keçirilən VII qurultayından sonra qarşıya qoyulan vəzifələrdən, əsas fəaliyyət istiqamətlərindən və ərazi partiya təşkilatlarının rolunun artırılmasının əhəmiyyətindən bəhs edib.
Konfransda YAP Göyçay rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50

