Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

15.09.2026 [10:42]

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini qətiyyətlə pisləyir və bunu ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik kimi qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

“Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür dağıdıcı addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələrin dəyirmanına su tökür. Qərbi Azərbaycan İcması Ermənistanın bu yanaşmasını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım hesab edir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir.

Erməni cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi mövzular ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, ilk növbədə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməlidir. Bu, iki ölkə və cəmiyyət arasında davamı sülhün bərqərar olmasına xidmət edən əməli addım olardı”, - deyə bəyanatda qeyd edilib.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30