Bu gün sülh var və müharibə dayanıb
17.09.2026 [10:43]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
15 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, Müsəlman Liderlərinin Sammitinin iştirakçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul etmişdir.
Azərbaycanın öz gücü və iradəsi hesabına suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda onlarca il davam edən qanlı münaqişəyə və hərbi qarşıdurmaya tamamilə son qoydu. Dövlət başçısının bəyan etdiyi kimi, "Bu gün sülh var və müharibə dayanıb" fikri regionda artıq silahların susduğunun, müharibə təhlükəsinin geridə qaldığının və dayanıqlı sülh erasının başladığının ən aydın göstəricisidir. Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyi Ermənistanla münasibətlərin tənzimlənməsinə, sərhədlərin müəyyənləşməsinə və gələcəyə yönəlmiş dinc yanaşı yaşayış modelinə hesablanıb.
Sülhün bərqərar olması işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərinə tam sürətlə davam etməyə imkan verir. İşğal dövründə xalqımızın mənəvi irsinə, tarixi abidələrinə və məscidlərinə vurulan ağır zərbələr, törədilən vandalizm aktları aradan qaldırılır, dağıdılmış müqəddəs ziyarətgahlar yenidən boy qaldırır. Müharibənin bitməsi yalnız hərbi-siyasi deyil, həm də mənəvi dirçəlişin, tarixi ədalətin və mədəni irsin qorunmasının təminatına çevrilib.
Regionda yaranmış bu sülh mühiti Türk-İslam dünyasının ideoloji birliyini və mənəvi həmrəyliyini daha da gücləndirir. TDT-yə üzv ölkələrin dini liderlərinin Bakıda bir araya gələrək eyni mövqedən çıxış etməsi dünyada artmaqda olan İslamofobiya, dini ksenofobiya və ikili standartlara qarşı ən tutarlı cavabdır. Azərbaycanın nümayiş etdirdiyi prinsipiallıq və qazandığı sülh göstərir ki, milli maraqlara və beynəlxalq hüquqa söykənən təhlükəsizlik yalnız region xalqları üçün deyil, qlobal miqyasda sabitlik üçün nümunəvi modeldir.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

