20 Sentyabr–Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərlərinin tariximizdəki yeri
17.09.2026 [11:38]
Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı
20 sentyabr Azərbaycan tarixində həqiqətən də ən qürurlu və unudulmaz günlərdən biri kimi yaddaşımıza həkk olundu. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bu tarixin rəsmi olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyənləşdirilməsi həm də illərlə içimizdə daşıdığımız həsrətə son qoyulduğunun rəsmi təsdiqidir. Amma etiraf edək ki, bu tarixi sadəcə təqvimdəki qırmızı rəqəm kimi qəbul etmək haqsızlıq olar. Çünki bu günün arxasında xalqımızın yaşadığı ağrılı-acılı illər, ədalətin bərpası uğrunda verilən mübarizə və Qarabağda başlanan böyük dirçəliş dövranı dayanır.
20 Sentyabrın doğurduğu yeni reallıq
Hər şeyin təməlində 2023-cü ilin sentyabr ayının 19–20-də reallaşan birgünlük lokal xarakterli antiterror tədbirləri dayanır. Ordumuzun həyata keçirdiyi bu peşəkar əməliyyat nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Elə həmin ilin oktyabrında isə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Dövlət Bayrağımızın ucaldılması bizim üçün tamamilə yeni, şərəfli bir səhifə açdı. Artıq həmin ərazilərdə dövlət rəmzlərimiz dalğalanır və ən əsası, illərdir ev-eşiyindən didərgin düşən soydaşlarımız yurdlarına qayıdırlar.
Dörd şəhərin hərəsinin özünəməxsus tarixi və ruhu var
Bu günlə bağlı danışanda hər bir şəhərin bizim üçün nə qədər dəyərli olduğunu ayrıca dərk etmək lazımdır:
Xankəndi: Qarabağın qədim və mühüm mərkəzlərindən biri olan Xankəndi bu gün tamamilə başqa bir görkəm alır. Yadımdadır, 2023-cü ilin noyabrında Zəfərin üçüncü ildönümünün burada hərbi paradla qeyd olunması, dekabrda isə “Qarabağ” futbol klubunun matçının keçirilməsi hamımızda fəxrlə bərabər böyük bir rahatlıq hissi yaratmışdı. İndi isə bu şəhər yalnız inzibati mərkəz deyil; burada Qarabağ Universiteti fəaliyyət göstərir, hotellər, konqres mərkəzləri açılır və gənclərin şən səsi eşidilir.
Xocalı: Adını eşidəndə belə ürəyimiz sızıldayan Xocalı tariximizin ən ağır, unudulmaz yarasıdır. 1992-ci ilin fevralında baş verənlər heç vaxt yaddaşımızdan silinməyəcək. Amma bu gün Xocalıda tamamilə başqa bir ab-hava var – qayıdış ab-havası. 2024-cü ilin mayından etibarən keçmiş məcburi köçkünlərimiz doğma ocaqlarına dönməyə başlayıblar. Ballıca, Xanəbad, Təzəbinə, Şuşakənd və digər kəndlərdə artıq minlərlə insanın məskunlaşması sadəcə rəqəm deyil, həyatın qələbəsidir. Eyni zamanda, yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi tarixi yaddaşımızı əbədiləşdirən mühüm bir addımdır.
Xocavənd: Təbiəti, qədimliyi və zəngin irsi ilə seçilən Xocavənd dünya əhəmiyyətli Azıx və Tağlar mağaralarının ev sahibidir. Prezidentimizin bu bölgəyə səfərləri zamanı qədim Alban məbədlərinə, Tuğ kəndinə və digər tarixi məkanlara baxış keçirməsi onu göstərir ki, biz təkcə bu günü deyil, minillik tariximizi də bərpa edirik. Gələcəkdə bu bölgənin turizm potensialı ölkəmiz üçün böyük dəyər olacaq.
Ağdərə: 2023-cü ilin sentyabrında qanunsuz birləşmələrdən azad edilən Ağdərə də hazırda genişmiqyaslı bərpa prosesinin içindədir. Uzun illər dağıntılara məruz qalmış bu strateji ərazi indi digər rayonlarımız kimi sürətlə qurulur, infrastruktur layihələri həyata keçirilir.
Böyük Qayıdış və gələcəyə inam
Şəxsən mənim üçün bu prosesinə baxanda ən toxunverici məqam insan amilidir. Çünki torpaq yalnız daşla, divarla deyil, orada yaşayan insanların nəfəsi ilə Vətənə çevrilir. Xocalıda, Xankəndidə insanların evlərinə qayıtması, uşaqların məktəbə getməsi, küçələrdə həyatın qaynaması məhz budur – Böyük Qayıdışın real nəticəsidir. Yol çəkilir, məktəblər tikilir, xəstəxanalar, mədəniyyət ocaqları açılır. Prezidentimizin bu istiqamətdə yorulmaz səfərləri və hər bir layihənin şəxsən təməlini qoyması görülən işlərin miqyasını açıq göstərir.
Nəticə etibarilə, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bizə keçmişin acılarını unutmamağı, eyni zamanda gələcəyə nə qədər güvənlə baxmalı olduğumuzu öyrədir. Bir gənc olaraq inanıram ki, bu torpaqların hər qarışı daha da gözəlləşəcək, o yerlərdə həyat heç vaxt sönməyəcək. Biz keçmişin izlərini qorumaqla yanaşı, bu torpaqlarda sülhün və quruculuğun əbədi olmasını təmin edirik.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

