/ / Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə suverenliyin bərqərar olunması və Böyük Qayıdışın Zəfər Salnaməsi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə suverenliyin bərqərar olunması və Böyük Qayıdışın Zəfər Salnaməsi
17.09.2026 [11:49]
20 sentyabr Azərbaycan Respublikasının müasir dövlətçilik salnaməsinə və şanlı hərb tarixinə qızıl hərflərlə yazılmış, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərqərar olunmasını təcəssüm etdirən müqəddəs bir təqvim günüdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi, uzaqgörən hərbi-diplomatik strategiyası və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Dövlət Bayrağımız əbədi olaraq ucaldılmışdır. 2023-cü ilin oktyabr ayında dövlət başçısının bu şəhərlərdə bayrağımızı ucaltması ilə onlarca illik həsrətə son qoyulmuş, tarixi ədalət tam mənada bərpa edilmişdir. Bu tarixi Zəfər yalnız hərbi-siyasi sahədə qazanılmış uğur kimi qalmamış, həm də işğaldan azad edilmiş ərazilərdə sosial, mədəni, idman və mülki həyatın sürətli dirçəlişinin təməlini qoymuşdur.
Regionun dinc və qurucu həyata qayıtmasının ilk möhtəşəm rəmzlərindən biri kimi 2023-cü ilin dekabrında Ağdamın "Qarabağ" futbol klubunun Xankəndi mərkəzi stadionunda keçirilən Azərbaycan kubokunun 1/8 final matçı bütün dünyaya Azərbaycanın öz torpaqlarında bərpa etdiyi sülhün və canlılığın mesajını verdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş bölgələrə ardıcıl və məqsədyönlü səfərləri regionun infrastruktur baxımından yenidən qurulmasını və Böyük Qayıdış proqramının misilsiz sürətlə reallaşmasını təmin etməkdədir. Xankəndi şəhərində dövlət başçısının şəxsi iştirakı ilə Novruz tonqalının alovlandırılması, regionun elmi və intellektual mərkəzinə çevrilən Qarabağ Universitetinin, onun tələbə yataqxanasının, əsaslı təmir olunmuş 4 nömrəli tam orta məktəbin və 1 nömrəli uşaq bağçasının istifadəyə verilməsi təhsil mühitinin yenidən bərpasına müstəsna töhfə vermişdir. Bununla yanaşı, şəhərdə turizm və mülki infrastrukturu inkişaf etdirmək məqsədilə "Qarabağ" və "Palace" mehmanxanaları açılmış, Zəfər meydanında möhtəşəm Konqres Mərkəzinin təməli qoyulmuş, Xankəndi Dövlət Dram Teatrının binasında aparılan bərpa işləri diqqətdə saxlanılmışdır.
Xocalı, Ağdərə və Xocavənd rayonlarında həyata keçirilən bərpa və yenidənqurma tədbirləri də öz miqyasına görə fərqlənir. Xocalı şəhərində 15 çoxmənzilli bina əsaslı təmir olunaraq sakinlərin ixtiyarına verilmiş, Əsgəran qala-kompleksinin bərpası və Ballıca kəndində fərdi evlərin inşası surətləndirilmişdir. Ağdərə rayonunda Sarsang su anbarından Umudlu kəndinə gedən strateji yol istifadəyə verilmiş, Suqovuşan kəndində inşa olunan müasir yaşayış kompleksində yeni mənzillərin açarları sakinlərə təqdim edilmiş, eləcə də Suqovuşan məscidinin açılışı reallaşdırılmışdır. Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin və hərbi hissənin açılışı, Hadrut-Cəbrayıl-Şükürbəyli və Tuğ-Hadrut avtomobil yollarının inşası, Hadrut Digital İdarəetmə Mərkəzinin istifadəyə verilməsi regionun həm təhlükəsizliyini, həm də raqamsal idarəetmə infrastrukturunu yüksək səviyyəyə qaldırmışdır.
Dövlətimizin planlı və həssaslıqla həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq məcburi köçkünlərin öz baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı reallığa çevrilmişdir. Xocalı rayonu üzrə artıq 1.167 ailə, yəni 4.841 nəfər sakin doğma kəndlərində məskunlaşdırılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu misilsiz abadlıq və quruculuq işləri göstərir ki, Azərbaycan dövləti öz ərazilərində təkcə suverenliyini bərpa etməyib, həm də burada əbədi, təhlükəsiz, müasir və çiçəklənən yeni bir həyatın fundamentini qoymuşdur.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

