Erməni revanşistlərin quyruq acısının pərdə arxası detalları
17.09.2026 [15:10]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Bu günlərdə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni revanşist qüvvələri arasında ciddi narahatlıq doğuraraq, sülh prosesinin gedişatına maneə törədə biləcək reaksiyaların səsləndirilməsinə səbəb olub. Lakin qarşı tərəf artıq regionda yeni siyasi reallıqlarla barışmalı və siyasi dialoqun gücləndirilməsində səylərini artırmalıdır. Bu yeni çağın, eyni zamanda, masada və meydanda çaldığımız şanlı zəfərlərin əlahəzrət tələbidir.
Qarşı tərəfin xarici diplomatik korpus mənsublarına yönəlik ziddiyyətli açıqlamaları birmənalı qarşılana bilməz. Çünki 44 günlük Vətən müharibəmizdə şanlı Zəfərimizdən sonra biz öz torpaqlarımıza geri qayıtdıq və tarixi ədalət bərpa olundu. Bu açıqlamalar isə heç bir məntiqə sığmır və ölkəmizin daxili işlərinə qarışmaq kimi səslənir.
Artıq Cənubi Qafqaz yeni siyasi mərhələyə qədəm qoyub və bunun əsasında birgə əməkdaşlıq və sülh dayanıb. Öz növbəsində Ermənistan tərəfi də bu mərhələyə uyğunlaşmalı və regiondakı reallıqlarla barışmalıdır. Bizim isə mövqeyimiz hər zaman birmənalı olub. Beynəlxalq arenalarda daim sülh prosesini dəstəklədiyimizi bildirsək də, qarşı tərəfin bu kimi açıqlamaları danışıqlar masasına oturmaqdan imtina etmələri kimi qiymətləndirilir.
Diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə səfəri, onların dağıdılmış abidələrlə, eyni zamanda, tarixin saxtalaşdırılması istiqamətində mövcud olan bəzi nümunələrlə tanış olmaları erməniləri narahat edir. Çünki dünya işğal dövrünün acı reallığını görür.
Diplomatik korpus onun da fərqinə varır ki, Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb. Bu da revanşist erməni xislətinə sarsıdıcı zərbədir.
Uzun illər torpaqlarımız ermənilər tərəfindən işğal altında saxlanılıb və həmin ərazilərdə vandalizm aktları həyata keçirilib. Maddi-mədəni, dini abidələrimiz dağıdılıb, tarixin saxtalaşdırılmasına cəhdlər göstərilib. Həmin dövr artıq arxada qalıb. Dünya ictimaiyyəti də artıq işğal səhifəsinin qapandığı açıq şəkildə görür və ifadə edir. Bu da erməni revanşistlərin quyruq acısına və sərsəm narahatlığına səbəb olur.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Sosial
19 Sentyabr 14:43
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28

