Zəfər yolu yeni qələbələr vəd edir
17.09.2026 [16:47]
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. YAP bu günə qədər şərəfli yol keçərək ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilib. O qeyd edib ki, rayon təşkilatı fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun quraraq rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Adil Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında formalaşan, tarixin bütün sınaqlarından uğurla çıxmış və dövlətçilik ənənələrinin inkişafına misilsiz töhfələr vermiş Yeni Azərbaycan Partiyasının sıraları Prezident İlham Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində gündən-günə genişlənməkdədir. Müzəffər Ali Baş Komandanımızın liderliyi, xalqımızın birliyi, ordumuzun rəşadəti sayəsində əldə edilən şanlı Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün də qürur mənbəyi olacaq. Ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycan bu gün azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini sürətlə davam etdirir, şəhər və kəndləri yenidən qurur. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına geri dönür.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlara, tarixi Zəfərə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan təkcə regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlətdir. Uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu imicini getdikcə daha da möhkəmləndirir, qlobal proseslərdə söz sahibinə çevrilir.
YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyası ideoloji fəaliyyət istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik dəyərlərinin, eləcə də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğinə xüsusi diqqət yetirir. YAP Suraxanı rayon təşkilatı bu prosesdə fəallığı ilə seçilir.
Sonra 1 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkim səlahiyyətlərinin icraçısı, ərazi partiya təşkilatının sədri Arzu Hacı-zadə, 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, ərazi partiya təşkilat sədrinin müavini Fidan Həbibova, Vətən Müharibəsi şəhidi Ruhid İslamlının atası, partiya fəalı Uğur İslamlı, Vətən Müharibəsi şəhidi Osman Manafovun həyat yoldaşı, partiya fəalı Aysel Manafova çıxış ediblər.
Konfransda YAP Suraxanı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

