Uğurlu siyasətin böyük nailiyyəti
21.09.2026 [14:37]
Sentyabrın 17-də Bakıda çox böyük beynəlxalq nüfuza malik olan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirin keçirilməsi fəal qarşılıqlı əlaqələrin göstəricisidir. Eyni zamanda müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Siyasi-iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin genişlənməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında əməkdaşlığın sistemli xarakter aldığını nümayiş etdirir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə vurğuladığı fikirlər də bu təşkilatın dəyişən beynəlxalq şəraitə uyğun olaraq yeni fəaliyyət istiqamətləri formalaşdırdığını bir daha təsdiqləyir.
Dövlətimizin Başçısı tədbirdə çıxışında qeyd etdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir.Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Möhtərəm Prezidentimiz bildirdi ki, TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir.Ölkələrimiz, həmçinin inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Mövcud beynəlxalq şərait TDT-nin təhlükəsizlik gündəliyini daha da aktuallaşdırır. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr və münaqişələrin coğrafiyasının genişlənməsi regional sabitlik üçün yeni risklər yaradır. Belə bir şəraitdə TDT ölkələrinin yerləşdiyi geniş coğrafiyada təhlükəsizlik mühitinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan təhlükəsizlik strukturları arasında koordinasiyanın gücləndirilməsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mümkün təhdidlərin qarşısının alınması vacibdir. TDT daxilində bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi yalnız mövcud risklərə cavab verməyə deyil, potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsinə və preventiv tədbirlərin əlaqələndirilməsinə də imkan yarada bilər.
Ölkə Başçısının beynəlxalq hüququn üstünlüyü ilə bağlı fikirləri də TDT-nin beynəlxalq gündəliyi baxımından əhəmiyyətlidir. Suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Beynəlxalq hüquq normalarının pozulması isə təhlükəsizlik mühitinə və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir. Bu prinsiplərin qorunması istiqamətində TDT üzv dövlətlərinin mövqelərinin əlaqələndirilməsi təşkilatın beynəlxalq müstəvidə fəaliyyət imkanlarını genişləndirə bilər. Ümumi yanaşmanın formalaşdırılması həm üzv dövlətlərin maraqlarının müdafiəsi, həm də beynəlxalq hüququn əsas prinsiplərinə dəstəyin ifadəsi baxımından əhəmiyyətlidir. Üzv dövlətlər arasında mövcud etimad, ortaq dəyərlər, geniş coğrafi imkanlar və iqtisadi resurslar təşkilatın beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır. Bütün bunlar isə uğurlu siyasətin böyük nailiyyətidir.
Cavahir Əhmədova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

