Türk dünyasının təhlükəsizliyi və birliyi: Prezident İlham Əliyevin mühüm mesajları
21.09.2026 [14:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında dayanan mühüm vəzifələri bir daha gündəmə gətirib.
Sentyabrın 17-də Bakıda keçirilən görüş TDT məkanında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında təhlükəsizlik sahəsində əməkdaşlığın yalnız mövcud təhdidlərə cavab verməklə məhdudlaşmamasının, eyni zamanda mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsinin və qarşısının alınmasının vacibliyini vurğulayıb. Dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat və operativ məlumat mübadiləsi, birgə fəaliyyət və profilaktik tədbirlərin gücləndirilməsi dövlətlərin təhlükəsizliyinin təmin olunmasının mühüm istiqamətləri kimi təqdim edilib.
Müasir dövrdə təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun daşıyır. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər dövlətlərdən daha sıx əməkdaşlıq tələb edir. Prezident İlham Əliyevin TDT-nin Təhlükəsizlik Şuraları katiblərinin Bakı toplantısına müraciətində də məhz bu məsələlər xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, belə problemlərin bir çoxu ayrı-ayrı dövlətlərin imkanları ilə məhdudlaşmır və buna görə də təhlükəsizlik qurumları arasında koordinasiya mühüm əhəmiyyət kəsb edir.
Bu yanaşma TDT məkanında təhlükəsizlik sahəsində vahid əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyevin çıxışında TDT-nin gələcək inkişaf perspektivləri də geniş yer alıb. Dövlət başçısı təşkilat çərçivəsində dövlət başçılarının müntəzəm görüşlərinin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılmasını da mühüm addım kimi diqqətə çatdırıb.
Bu formatın əsas məqsədlərindən biri türk dövlətləri arasında siyasi dialoqun intensivləşdirilməsi və dövlət başçıları səviyyəsində daha sıx təmasların təmin olunmasıdır. Cənab Prezidentin çıxışından aydın görünür ki, Azərbaycanın TDT-yə yanaşması yalnız mövcud əməkdaşlığın qorunub saxlanılması ilə məhdudlaşmır. Burada təşkilatın siyasi, iqtisadi, təhlükəsizlik və beynəlxalq münasibətlər sistemində imkanlarının genişləndirilməsi hədəfi ön plana çıxır.
Azərbaycan Prezidentinin çıxışında türk xalqlarını birləşdirən ortaq tarixi, milli-mənəvi və mədəni bağlara xüsusi əhəmiyyət verilib. Bu birlik yalnız tarixi və mədəni yaxınlıqla deyil, həm də dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi ilə tamamlanır.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında formalaşmış müxtəlif səviyyəli əməkdaşlıq münasibətləri, eləcə də TDT çərçivəsində qarşılıqlı fəaliyyət türk dövlətləri arasında əlaqələrin institusional əsaslarının möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev çıxışında bu münasibətlərin strateji, müttəfiqlik və qardaşlıq xarakteri daşıdığını bildirib.
Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərdən biri də TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsi ilə bağlı olub.
Dövlət başçısı bildirib ki, türk dövlətləri birgə səylərlə TDT-ni aparıcı beynəlxalq institutlardan birinə çevirməyə çalışmalıdırlar. O, təşkilatın beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları kimi məsələlərdə daha böyük rol oynamasının vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin Bakı görüşündə səsləndirdiyi mesajlar bir daha göstərir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsini, türk dövlətləri arasında həmrəyliyin daha da dərinləşdirilməsini və təşkilatın beynəlxalq proseslərdə fəal rolunun artırılmasını mühüm istiqamətlərdən biri hesab edir.
Türk dünyasının qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da dayanır. Bu çağırışlara cavabın əsas istiqamətlərindən biri isə dövlətlər arasında qarşılıqlı etimadın, koordinasiyanın və həmrəyliyin daha da möhkəmləndirilməsidir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

