Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

23.09.2026 [10:26]

Metronun “28 May”-“Nizami” sahəsində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində tunel işləri planlaşdırılmış qrafikə uyğun davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, mövcud tunelin sökülərək yenidən qurulması yeni tunelin inşası ilə müqayisədə daha mürəkkəb prosesdir: “Son bir ay ərzində əsas işlərdən biri tuneldə yerləşən kabel xətlərinin köçürülməsi olub. Bu xətlər qatarların hərəkətinin təşkili, radiorabitə və elektrik təchizatı sistemləri ilə yanaşı, müxtəlif qurumların infrastrukturuna aid kabel şəbəkələrini də əhatə edib. Hazırlıq mərhələsində rels yolları, infrastrukturun digər üst quruluş elementləri və tunel konstruksiyalarının sökülməsi işləri də həyata keçirilir”.

“Bakı Metropoliteni” rəsmisinin sözlərinə görə, növbəti mərhələdə hər iki istiqamətdə tunelin 94 metrlik hissəsinin tam betonlanması nəzərdə tutulur. Bu işlərin əsas məqsədi tunellərin dayanıqlılığını və etibarlılığını təmin etmək, həmçinin yerüstü tikili və qurğuların təhlükəsizliyini qorumaqdır.

O əlavə edib ki, hər iki şaxtaya maşın və mexanizmlərin gətirilməsi üzrə tədbirlər artıq başa çatdırılıb və tikinti işlərinin aparılması üçün zəruri səfərbərlik təmin olunub. Tunellərdə qazıntı işləri də planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tunel işləri ilə əlaqədar avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30