Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

23.09.2026 [14:10]

Vyaçeslav Volodin yeni, doqquzuncu çağırış Rusiya Dövlət Dumasının sədri vəzifəsində qala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə RBC iki federal məmura və Rusiya Prezident administrasiyasına yaxın mənbəyə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Volodinin Rusiya parlamentinin aşağı palatasının sədri vəzifəsində saxlanılması qərarı artıq verilib. Lakin RBC-nin mənbələri qeyd edirlər ki, Dövlət Duması rəhbərliyinin son konfiqurasiyası ilk plenar iclasa qədər dəyişə bilər. Onun sədri aşağı palata üzvləri arasından deputatlar tərəfindən seçilir.

Son seçkilərdə Volodin 164 saylı Saratov təkmandatlı seçki dairəsində namizədliyini irəli sürüb və səslərin 82,84 faizini toplayaraq qalib gəlib. Onun bu qələbəsi RBC tərəfindən dərc edilən seçki nəticələri ilə təsdiqlənir.

Vyaçeslav Volodin 2016-cı ildən bəri Dövlət Dumasına rəhbərlik edir. O, doqquzuncu çağırış Dövlət Dumasının sədri seçiləcəyi təqdirdə ardıcıl üçüncü müddətə Rusiya parlamentinin aşağı palatasına rəhbərlik etməyə davam edəcək.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30