Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

23.09.2026 [22:21]

Missuri Universitetinin alimləri yaşlanma ilə əlaqədar əzələ zəifliyinin, yəni sarkopeniyanın yeni səbəbini müəyyən ediblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar yaş artdıqca sinirlərlə əzələlər arasındakı əlaqənin zəiflədiyini aşkarlayıblar. Bu prosesdə NaV1.4 adlı zülalın səviyyəsinin azalmasının mühüm rol oynadığı müəyyənləşdirilib.

Alimlərin fikrincə, bu dəyişiklik əzələlərin sinirlərdən gələn siqnallara cavab verməsini çətinləşdirir.

Araşdırma həm insanların, həm də heyvanların üzərindən aparılıb.

Tədqiqatın digər mühüm nəticəsi isə ClC-1 adlı zülalın hədəflənməsi ilə bağlıdır. Alimlər bu zülalın qismən azalmasının yaşlanan əzələləri sinir siqnallarına qarşı daha həssas etdiyini və heyvanlarda əzələlərin gücünü artırdığını bildiriblər.

Araşdırmaya rəhbərlik edən professor David Arnold bunun gələcəkdə yaşlı insanlarda sarkopeniyanın müalicəsi üçün yeni yanaşmaya çevrilə biləcəyini qeyd edib. Bununla belə, yanaşmanın insanlarda effektivliyini müəyyən etmək üçün əlavə klinik sınaqlara ehtiyac var.

Tədqiqat barədə məlumat “The Journal of Clinical Investigation” jurnalında dərc olunub.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30