Bu gün Ümumdünya Dəniz Günüdür
24.09.2026 [11:59]
Sentyabrın 24-də dünya ictimaiyyəti Ümumdünya Dəniz Gününü qeyd edir. Hər il sentyabrın son cümə axşamı qeyd olunan bu əlamətdar gün dəniz təhlükəsizliyi, dənizlərdə ətraf mühitin qorunması və gəmiçiliyin davamlı inkişafına yönəlib.
AZƏRTAC xəbər verir ki, 2026–2027-ci illərdə Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) Ümumdünya Dəniz Gününü “Siyasətdən təcrübəyə: Dənizçilikdə mükəmməlliyin təmin edilməsi” devizi altında qeyd edəcək. Təşkilat təkcə beynəlxalq standartların qəbul edilməsinə deyil, həm də onların effektiv tətbiqinə, o cümlədən dəniz təhlükəsizliyinin təkmilləşdirilməsi, təlim, rəqəmsallaşdırma, karbonsuzlaşdırma və dəniz ətraf mühitinin qorunmasına ehtiyac olduğunu vurğulayır.
Bu əlamətdar gün 1978-ci ildən bəri Beynəlxalq Dənizçilik Təşkilatı Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib və 1980-ci ilə qədər martın 17-də qeyd olunurdu, lakin sonra tarix sentyabrın son həftəsindəki günə keçirilib.
Okeanın planetimizdə həyatı, dolanışıq vasitələrini və qlobal iqtisadiyyatı təmin etməkdə rolu çox böyükdür. O, nəfəs aldığımız oksigenin yarısını təmin edir və milyardlarla insanı qidalandırır, həmçinin saysız-hesabsız dəniz növlərinin evidir. Okean milyonlarla insan üçün iş, qida və iqtisadi imkanların vacib mənbəyidir.
Ümumdünya Dəniz Gününün məqsədi beynəlxalq diqqəti həddindən artıq balıq ovu, çirklənmə, qlobal istiləşmənin dənizlərə və okeanlara vurduğu ziyana, eləcə də dənizlərin bioloji, təbii və istirahət ehtiyatlarının gələcək nəsillər üçün qorunması ilə bağlı aktual problemlərə cəlb etməkdir.
Ən vacib vəzifələr dəniz nəqliyyatının ekoloji təhlükəsizliyini artırmaq, dənizlərin çirklənməsinin qarşısını almaq, bioloji ehtiyatları qorumaq və brakonyerliyə qarşı mübarizə aparmaqdır.
BMT-nin məlumatına görə, hər il dənizlərə və okeanlara təxminən 21 milyon barel neft tökülür. Böyük su hövzələrinə atılan sintetik tullantılar hər il bir milyon dəniz quşunun və 100 minə yaxın dəniz məməlisinin ölümünə səbəb olur. Qlobal istiləşmə səbəbindən dünyanın əsas su hövzələrində suyun səviyyəsi son 100 ildə 10-25 santimetr artıb.
Bundan əlavə, beynəlxalq malların daşınmasının ən səmərəli və qənaətcil üsulu olan dəniz marşrutları okeanların ekosistemlərini də pozur. Belə ki, qlobal ticarətin 80 faizi dəniz yolu ilə həyata keçirilir. Buna görə də təhlükəsiz və səmərəli beynəlxalq yükdaşımasının inkişafı gələcək yaşıl iqtisadiyyat və davamlı inkişaf layihələrinin açarıdır.
Bu məsələlər planetin ən böyük quru yolu olmayan su hövzəsi - Xəzər dənizi üçün daha vacibdir. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına (UNEP) görə, Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərdən bəri təxminən iki metr aşağı düşüb. Qeyd olunan əsas amillərə iqlim dəyişikliyi, artan buxarlanma, su axınının dəyişməsi, çirklənmə və yaşayış mühitinin deqradasiyası daxildir.
Dəniz səviyyəsinin aşağı düşməsi beş Xəzəryanı dövlətdə ekosistemlər, balıqçılıq, liman infrastrukturu və sahil icmaları üçün risklər yaradır. UNEP-in hesablamalarına görə, Xəzər dənizinin səviyyəsi bu əsrin sonuna qədər daha 8-21 metr azala bilər.
2025-ci ilin noyabr ayında Tehran Konvensiyası çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi Protokolu qüvvəyə minib. Sənəddə Xəzəryanı dövlətin tələbi ilə Xəzər dənizində böyük infrastruktur layihələrinin potensial transsərhəd ətraf mühitə təsirlərinin qiymətləndirilməsi nəzərdə tutulur.
Builki Ümumdünya Dəniz Günü beynəlxalq öhdəliklərdən naviqasiya təhlükəsizliyinə və dəniz ekosistemlərinin qorunmasına yönəlmiş praktik tədbirlərə keçməyin zəruriliyini bir daha vurğulayır.
Dənizlərin və okeanların mühafizəsi sadəcə təbiətin qorunması məsələsi deyil; bu, insan həyatının bütün aspektlərinə təsir edən qlobal məsuliyyətdir.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42

