Dağ-mədən sənayesinin inkişafı ölkəmizin gücünün-qüdrətinin artmasına xidmət edəcək
24.09.2026 [15:29]
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər bu sahənin dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacağına əminlik yaradır.
Sentyabrın 22-də keçirilən müşavirədə Prezident İlham Əliyevin Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair qəbul əvvəllər edilmiş Dövlət Proqramları nəticəsində regionlarda əsas infrastruktur layihələrinin icra edilməsinə və gələcək inkişafa zəmin yaratmasına diqqət çəkməsi təsdiq edir ki, yeni qəbul edilən Proqram dağ-mədən sənayesinin inkişafını təmin etməklə Azərbaycanın gücünün-qüdrətinin artmasına xidmət edəcək.
Bu gün qeyri-neft sektorunun inkişafı dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas amillərdən biridir.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Ən əsası odur ki, dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir.
Müşavirədə Prezident İlham Əliyev təbii resurslarımızın - qızıl, mis, molibden yataqlarımızın talan edildiyini, işğal dövründə Ermənistan dövlətinin ancaq talançılıqla məşğul olmasını qeyd etdi ki, bu da real həqiqət olmaqla dünya birliyinin gözü qarşısında baş verib. Danılmaz faktdır ki, ölkəmiz yeraltı sərvətlər baxımından geniş potensiala malik olsa da uzun müddət ərzində müxtəlif səbəblərdən bu potensialdan tam istifadə etmək mümkün olmayıb. Bunun əsas səbəblərindən biri heç şübhəsiz ki, Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti olub. Nəticədə Azərbaycanın bir sıra mühüm mineral yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsinə ciddi maneələr yaranıb. Torpaqlarımızın işğalda qaldığı dövrdə Azərbaycanın təbii ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı da ölkənin mineral resurs potensialından istifadəyə mane olan amillərdən biri olub.
Hazırda işğaldan azad edilmiş ərazilərdə suverenliyin və təhlükəsizliyin təmin olunması bu resursların yenidən araşdırılması və iqtisadi dövriyyəyə cəlb edilməsi üçün yeni imkanlar açıb. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları regionun sosial-iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevriləcək. Reallıq budur ki, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı üçün perspektivli sahələrdən biridir. Qarşıya qoyulan əsas məqsəd yalnız mövcud yataqların istismarı ilə kifayətlənmək deyil, həm də bu sahədə müasir və dayanıqlı sənaye sisteminin formalaşdırılmasıdır. Bunun üçün təbii resursların araşdırılması, hasilatı, emalı və son məhsula çevrilməsi mərhələlərinin bir-biri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məsələ yalnız yataqların istismarı deyil. Daha mühüm hədəf hasil olunan xammalın ölkə daxilində emal edilməsi, zənginləşdirilməsi və son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Belə yanaşma həm əlavə dəyərin ölkə daxilində formalaşmasına, həm də sənaye potensialının gücləndirilməsinə imkan verəcək. Dağ-mədən sənayesinin inkişafı yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, məşğulluq imkanlarının genişlənməsinə də şərait yaradacaq. Ölkədə 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da bu sektorun sosial-iqtisadi əhəmiyyətini göstərir.
Eyni zamanda, hədəf Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək müvafiq sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsidir. Bundan başqa, mineral-xammal bazasının genişləndirilməsi əsas prioritet olacaq. Müasir texnologiyalardan istifadə etməklə yeni yataqların müəyyənləşdirilməsi Azərbaycanın mineral-xammal bazasının gələcəkdə daha da genişləndirilməsi baxımından mühüm imkanlar yaradacaq. Qərb Sənaye Parkının yaradılması da bu strategiyanın mühüm elementlərindən biridir. Parkın əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişafını təmin etmək, hasilatdan emala və son məhsul istehsalına qədər vahid sənaye zənciriformalaşdırmaqdır. Belə bir model Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə, sənaye istehsalının genişləndirilməsinə və ixrac imkanlarının artırılmasına xidmət edəcək. Qarşıdakı illərdə dağ-mədən sənayesi qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməklə ölkə iqtisadiyyatının şaxələndirilməsində və Azərbaycanın gücünün-qüdrətinin artmasında mühüm rol oynayacaq.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

