Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Diri Baba” türbəsi və ətrafındakı mağaralar sufi irsinin izlərini qoruyur

“Diri Baba” türbəsi və ətrafındakı mağaralar sufi irsinin izlərini qoruyur

24.09.2026 [21:17]

Bu gün “Diri Baba” türbəsi Azərbaycanın mühüm tarixi-mədəni və turizm məkanlarından biridir. Dünyanın müxtəlif ölkələrindən turistlər və ziyarətçilər türbəyə böyük maraq göstərirlər. Türbənin ətrafındakı mağaralar da abidənin tarixində xüsusi əhəmiyyət daşıyır. Bu mağaralar vaxtilə sufilərin inzivaya çəkildiyi, zikr etdiyi və dini təlimlərlə məşğul olduğu məkanlar kimi istifadə olunub. Mağaralar arasında mədrəsə funksiyasını daşıyan məkanların olduğu qeyd edilir. Rəvayətlərə görə, burada şeyx müridlərə dini təlimlər verib, onların mənəvi və dini biliklərə yiyələnməsinə şərait yaradıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy məlumat verib.

O bildirib ki, sufilikdə “mürşid” və “mürid” anlayışları mühüm yer tutur. Mürşid ustad, yol göstərən və təlim verən şəxs, mürid isə onun tələbəsi və mənəvi yolunu izləyən şəxsdir.

Yusif Nazim Ərəbsoyun sözlərinə görə, mağaralardan biri ümumi zikr məkanı kimi istifadə olunub. Burada sufilər birgə zikr mərasimləri keçiriblər.

“Diri Baba türbəsi və onun ətrafındakı mağaralar bu baxımdan yalnız memarlıq abidəsi deyil, həm də bölgənin sufi-mədəni irsinin mühüm nümunələrindən biri kimi diqqət çəkir. Xəlvətilik təriqətinin formalaşması, inkişafı və müxtəlif coğrafiyalara yayılmasında Şirvan bölgəsinin xüsusi rolu olub”, – deyə kompleksin rəhbəri vurğulayıb.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30