/ / Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq
Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq
06.10.2026 [13:07]
“Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə oldu. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Bu fakt nə qdər böyük inkişaf yolu keçdiyimizi, şanlı zəfərlər qazandığımızı təsdiqləyir”. Bu fikirləri yeniazerbaycan.com saytına Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev VIII qurultaydakı çıxışında YAP-ın yaranmasının zəruriliyinə diqqət çəkərək bunu Ulu Öndər Heydər Əliyevə xalqın dərin inamı ilə əlaqələndirib. Çünki müstəqilliyimiz ilk illərində hakimiyyətdə olan qüvvələr, xüsusilə AXC-Müsavat cütlüyü Azərbaycanı məhvə doğru sürükləyirdi. Daxili ictimai-siyasi, iqtisadi böhranla yanaşı Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yarandı. Xalqımız o dövrdə çətinliklərdən xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi, Ulu Öndər də xalqın səsinə səs verərək Azərbaycanı təhlükələrdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Müxalifət partiyası kimi yaranan YAP da cəmi altı ay sonra iqtidar partiyasına çevrildi. Xalqımız hələ sovetlər dövründə Heydər Əliyevin böyük xidmətlərini unutmamışdı və bilirdi ki, o, hakimiyyətdə olsaydı, heç bir qüvvə Azərbaycana qarşı çıxış edə bilməz, Ermənistan bizə qarşı ərazi iddiaları irəli sürməyə cəsarət etməzdi. Ulu Öndər növbəti dəfə xalqın etimadını doğruldaraq xalqı bütün təhlükələrdən xilas etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanı inkişaf yoiluna çıxardı, ölkəmizi dünyaya tanıtdı. O cümlədən, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar nəticə etibarilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını şərtləndirdi. Ona görə də, Prezident İlham Əliyev çıxışında şanlı Zəfərimizin əsasının YAP-ın yaranması ilə qoyulduğunu vurğulayıb. Dövlətimizin başçısı Zəfərə gedən yolla bağlı fikirlərini bölüşüb, hazırda Ermənistanla sülh şəratində yaşadığımızı bəyan edib. Bütün bu nailiyyətlər isə öz gücümüzə əldə edilib.
“Cənab İlham Əliyevin dediyi kimi, partiyamız Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir. Bütövlükdə, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə oldu. Hesab edirəm ki, Qurultayda Nizamnaməyə edilən dəyişikliklər və digər qəbul olunmuş qərarlar partiyamızın gələcək inkişafında önəmli rol oynayacaq. Düşünürəm ki, partiya üzvləri olaraq ən əsas vəzifəmiz isə cənab Prezidentin tövsiyə və tapşırıqlarına yüksək səviyyədə əməl etməkdir” – deyə, Samir Vəliyev vurğulayıb.
N.Bayramlı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

