Cəmiyyətdə nüfuzu getdikcə artan siyasi qüvvə
06.10.2026 [13:10]
Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 2-də keçirilən VIII qurultayında aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Pezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı proqram xarakteri daşıyır. Dövlətimizin başçısı keçilən yola istinad etməklə qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirib. YAP-ın siyasi fəaliyyətdə keçdiyi yol adi olmayıb. Yeni Azərbaycan Partiyasını fərqləndirən ən mühüm məqamlardan biri odur ki, bu partiya yarandığı vaxtdan cəmi altı ay sonra ölkənin hakim partiyasına çevrilib. Bu da dünya tarixində analoqu olmayan bir haldır. Yeni Azərbaycan Partiyası öz nümunəsi ilə ölkəmizdə milli birlik uğrunda yeni səhifə açıb. YAP partiyalararası siyasi dialoqu davamlı olaraq stimullaşdırır. Respublikamızda həmrəyliyin təmin olunması, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi bir qayda olaraq YAP-ın təşəbbüsləri ilə zənginləşir.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycanın qazandığı möhtəşəm uğurlar hakim siyasi qüvvə olan YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. Zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Vüqar İsayev diqqəti Prezident, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikrinə çəkib. Onun sözlərinə görə, bu, yalnız partiyanın say tərkibi ilə bağlı deyil. Dövlət başçısının da vurğuladığı kimi, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrdə respublikamız ərazi bütövlüyünü təmin etməklə, işğal faktına son qoymaqla uzun illər ərzində müharibə risklərindən ciddi əziyyət çəkən Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə regionda sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün fundamental zəmin formalaşdırır. O da əlamətdar haldır ki, YAP-ın qurultayı ilk dəfə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilib.
Vüqar İsayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti cəmiyyətdə YAP-a böyük nüfuz qazandırıb. “İqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır. Bir sıra ölkələrin təcrübəsindən bəllidir ki, vədlərlə hakimiyyətə gələn partiyalar çox az vaxtdan sonra eniş dövrünə qədəm qoyurlar. Belə hallar iqtidarın yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsidir. YAP-ın yarandığı ərəfədə Azərbaycanın düşdüyü ağır vəziyyət də buna nümunədir. AXC-“Müsavat” iqtidarının birillik hakimiyyəti Azərbaycanı tənəzzül girdabına salmışdı. Ölkə vətəndaş qarşıdurmasının astanasında idi. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi. Ölkəni bu fəlakətdən xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə gələn Yeni Azərbaycan Partiyasnın Lideri Heydər Əliyev qurtardı. Hazırda Prezident, YAP Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin varisliyini uğurla təmin edir ki, bunun da sayəsində müstəqil Azərbaycan zirvələrdən-zirvələrə yüksəlir”, - deyə Vüqar İsayev vurğulayıb.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

