Nərimanov rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
06.10.2026 [16:17]
YAP Nərimanov rayon təşkilatı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Elm və Təhsil Nazirliyinin şöbə müdiri-ƏPT sədri Rauf Orucov, elm və təhsil sahəsinin nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı açaraq 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, müəllimlik yalnız bilik ötürmək deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının formalaşmasında mühüm rol oynayan məsuliyyətli və şərəfli peşədir.
Tədbirdə “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür” mövzusunda məruzə ilə çıxış edən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın və Respublika Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə müəllim əməyinin cəmiyyətin inkişafındakı rolundan, təhsilin qarşısında duran müasir çağırışlardan və müəllim peşəsinin məsuliyyətindən bəhs edib.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri Rauf Orucov, Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turkan Süleyman, Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova-Rzazadə, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Leyla Abbaslı, həmin şöbənin sektor müdiri Zamin Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov və “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakışiyev çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, onların peşə və həyat bacarıqlarının formalaşmasında, ölkənin gələcək inkişafına töhfə verəcək insan kapitalının yetişdirilməsində mühüm missiya daşıdığı qeyd olunub.
Tədbir çərçivəsində YAP Nərimanov rayon təşkilatı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıya təhsil sahəsində və partiyanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərman, həmçinin, fəaliyyəti ilə seçilən peşə təhsili işçilərinə Agentlik tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

