Vüqar İskəndərov: YAP-ın VIII Qurultayında ölkəmizin gələcəyi üçün çox vacib mesajlar verildi
08.10.2026 [17:28]
Vüqar İskəndərov: YAP-ın VIII Qurultayında ölkəmizin gələcəyi üçün çox vacib mesajlar verildi
“Azərbaycan müstəqillik qazandıqdan sonra üzləşdiyi çətinliklər, daxili ictimai-siyasi böhran respublikamızı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yeni Azərbaycan Partiyası da məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Vətəni xilas etmək missiyası ilə yaradıldı və bu missiyanı layiqincə yerinə yetirdi. YAP-ın VIII Qurultayında çıxışı zamanı partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev də ötən dövrdə keçilən şərəfli yola nəzər saldı. Eyni zamanda, dövlət başçısı qazanılan uğurlarla yanaşı qarşıda dayanan vəzifələrdən ətraflı bəhs etdi”. Bu fikirləri yeniazerbaycan.com saytına açıqlamasında YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası xalqımızın və müstəqil dövlətçiliyimizin taleyində mühüm rola malikdir. Böyük siyasi xadim Heydər Əliyev tərəfindən yaradılan partiyamız müxalifət partiyası kimi yaradılsa da, qısa müddətdə iqtidar partiyası status alıb, öz sıralarında müxtəlif sosial təbəqələri birləşdirərək ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası ötən illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərə adekvat cavab verib. Partiyamız hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına sədaqətini, o cümlədən, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə, aparılan islahatlara töhfələr verib, bu siyasətin cəmiyyətimizdə geniş təbliği istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan cəmiyyətimizin avanqard siyasi qüvvəsinə çevrilib.
Deputat bildirib ki, artıq Yeni Azərbaycan Partiyasını zəfərlər partiyası kimi də dəyərləndirmək mümkündür. Çünki partiyamız yarananda qarşıya qoyulan ən ümdə vəzifə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olmaq idi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz bu tarixi missiyanı yerinə yetirdi. Bu baxımdan, Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı bizim zəfərlərimizin əsasının Yeni Azərbaycan Partiyasının təsis edilməsi ilə qoyulduğunu bəyan etməsi təsadüfi deyil.
YAP Təftiş Komissiyasının üzvü qeyd edib ki, qazanılan naliyyətlərlə yanaşı qarşıda hələ də mühüm vəzifələr dayanır. Prezident çıxışında bu vəzifələrdən ətraflı bəhs edib. İlk növbədə, daha da güclü olmalıyıq. Çünki dünyada nizam-intizam pozulub, beynəlxalq hüquq işləmir. Ona görə də, bu istiqamətdə işlər davam etdirilməlidir. Cənab Prezident hərbi gücümüzün daha da artırılması üçün gələn ilin dövlət büdcəsində bu illə müqayisədə daha çox vəsaitin ayrlacağını açıqlayıb. Eyni zamanda, ideoloji işin gücləndiriməsi də əsas vəzifələrdən biridir. Prezident İlham Əliyev bu barədə bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik”.
“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Ölkə Prezidentinin dediyi kimi, bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Ona görə də, xalq olaraq ayıq-sayıq olmalıyıq. Bu məsələdə partiyamızın üzvlərinin üzərinə də böyük vəzifələr düşür. Məlumdur ki, xaricdə ölkəmizə qarşı çirkin kampaniyalar aparılır. Məqsəd ölkəmizdə sabitliyi pozmaq, ictimiayyəti çaşdırmaq və nəticə etibarilə dövlətimizi zəiflədərək xarici qüvvələrdən asılı vəziyyətə salmaqdır. Bu səbəbdən ideoloji məsələlərə daha məsuliyyətlə yanaşmaq lazımdır. İdeoloji işimiz partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, uğurlarımız daim ictimai müzakirələrdə olsun. Bu, dövlət başçısının YAP üzvlərinə əsas tövsiyələrindən biridir” – V.İskəndərov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı növbəti il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını açıqlayıb. Bu fakt dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut edir.
“Hesab edirəm ki, YAP-ın VIII Qurultayında ölkəmizin gələcəyi üçün çox vacib mesajlar verildi. Ona görə də, partiyanın üzvləri kimi Prezidentimizin proqram xarakterli çıxışından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirmək üçün bütün gücümüzü səfərbər etməliyik”, - deyə millət vəkili vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37

