Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlı olacaq

Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlı olacaq

23.07.2013 [10:50]

Prezident İlham Əliyev “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” novbəti Sərəncam imzalayıb və jurnalistlər üçün 240 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak edib
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, Azərbaycan mətbuatının da inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu öndərimizin qısa zaman kəsiyində mətbuatın inkişafı ilə bağlı apardığı fəaliyyət, gördüyü tədbirlər sayəsində həmin dövrdə Azərbaycan mediasındakı problemlər tədricən aradan qalxdı. Ümummilli liderimiz Heydər Əliyev mətbuatın üzərində dövlət nəzarətini götürməklə, mətbuatın inkişafına mane olan bürokratik çətinlikləri aradan qaldırmaqla müstəqil sözün inkişafına şərait yaratdı.
Ulu öndər tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam, mətbuatın inkişafına göstərilən diqqət və qayğı, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın nüfuzunun bərpasında böyük əhəmiyyətə malik oldu. Prezident İlham Əliyev azad sözə verdiyi yüksək dəyəri 2010-cu ilin 22 iyulunda imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” haqında Sərəncamla bir daha nümayiş etdirmiş oldu. Məhz, həmin Sərəncam Azərbaycan mediasının inkişafının yeni bir mərhələsinin başlanğıcığını qoydu.
Artıq sözügedən Sərəncama uyğun olaraq 2 bloklu 17 mərtəbəli bina tikilib və jurnalistlərin istifadəsinə verilib. Bu, Azərbaycan Prezidentinin dövlətin müxtəlif sosial təbəqələrinin, o cümlədən, Azərbaycan jurnalistlərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə diqqət və qayğısının bariz nümunəsidir. Bu gün yerləşdiyi Cənubi Qafqaz bölgəsinin lider dövləti olan Azərbaycanın iqtisadi inkişafı bütün sahələrdə yüksək rifahı təmin etdiyi kimi, medianın inkişafına, o cümlədən, jurnalistlərin sosial təminatının gücləndirilməsinə öz töhfəsini verir.
Bildirildiyi kimi, evlərin jurnalistlərə verilməsi proseduru birmənalı olaraq şəffaf şəkildə həyata keçirilib. KİV redaksiyaları Mətbuat Şurası tərəfindən müəyyənləşdirilmiş meyarlara uyğun olaraq müstəqil şəkildə iclaslar keçirib və ən layiqli namizədlərini təqdim ediblər. Bu iclaslarda MŞ-nın nümayəndəsi də iştirak edib və jurnalistlərin iş stajı, medianın inkişafında xidmətləri, mənzil-məişət şəraiti namizədlərin müəyyənləşdirilməsində başlıca şərtlər kimi götürülüb. Ədalətlilik, tərəfsizlik və obyektivlik şərtləri əsasında yekun siyahı hazırlanıb. Jurnalistlərin iştirakı ilə şəffaf şəkildə mənzillərin bölgüsü aparılıb.
Təbii ki, mənzillərin sayının məhdudluğu səbəbindən mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bütün jurnalistləri nəzərə almaq mümkün olmayıb. Bu gün hər bir Azərbaycan vətəndaşı kimi peşəkar Azərbaycan mediasında çalışan jurnalistlərin hər birinin sosial təminatının daha da yüksəldilməsi dövlətimizin qarşısına qoyduğu məqsədlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan edib. Elə həmin gün “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” novbəti Sərəncam imzalayıb və jurnalistlər üçün 240 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak edib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin jurnalistlərin sosial təminatının yüksəldilməsi, o cümlədən, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ilkin addım sayılan, dünyada analoqu olmayan bu tip sərəncamların imzalaması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoyur. Bu gün jurnalistlər üçün evlərin tikilməsi ilə bağlı dövlət başçısı öz iradəsini ortaya qoyur. Belə ki, Prezident İlham Əliyev Bakıda jurnalist şəhərciyinin tikiləcəyi ilə bağlı fikirlər bildirdi. Bu isə bir daha atılan addımların davamlı olacağını deməyə əsas verir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1867 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31