Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: ABŞ İran əməliyyatı səbəbindən Aİ ölkələrinə silah tədarükünü təxirə salıb

Media: ABŞ İran əməliyyatı səbəbindən Aİ ölkələrinə silah tədarükünü təxirə salıb

17.04.2026 [14:41]

ABŞ rəsmiləri bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündə yaranan gecikmələr barədə məlumatlandırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, gecikmələr Baltikyanı ölkələr və Skandinaviya regionu da daxil olmaqla bir sıra Aİ dövlətlərinə təsir edəcək. Agentliyin məlumatında bildirilir ki, ABŞ rəsmiləri yazışmalarda İrandakı münaqişənin ölkənin hərbi arsenalına ciddi təsir göstərdiyini qeyd edərək, bu səbəbdən əvvəllər imzalanmış müqavilələr üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsində çətinliklər yarandığını vurğulayıblar.

Ağ Ev rəsmiləri Yaxın Şərqdə davam edən münaqişənin ABŞ müdafiə sənayesinin artan tələbatı qarşılamaq imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdırlar. Bu səbəbdən bəzi ölkələrə silah tədarükünün azaldılması ehtimalı nəzərdən keçirilir.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30