/ / Əli Əhmədov: İlham Əliyevin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac yoxdur
Əli Əhmədov: İlham Əliyevin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac yoxdur
07.09.2013 [09:30]
“Prezident İlham Əliyev o dövlət başçılarındandır ki, xalqla təmas Onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Vətəndaşlarla sıx ünsiyyət İlham Əliyev üçün seçki elementi deyil, idarəçilik üslubudur”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov “cənab İlham Əliyevin təbliğat kampaniyası necə qurulacaq və Prezidentin kampaniya çərçivəsində görüşləri nəzərdə tutulurmu” sualını cavablandırarkən bildirib.
YAP-ın Sədr müavini qeyd edib ki, ötən prezident seçkilərindən sonra, andiçmə günündən bu günədək mütəmadi olaraq və yüksək intensivlik şəraitində cənab İlham Əliyev Azərbaycanın bütün regionlarını gəzib, insanlarla görüşlər keçirib, onları dinləyib. Həmin görüşlərin və söhbətlərin nəticələri bir qayda olaraq regionun inkişafına dair yeni proqramın qəbul olunması formasında özünü göstərib. “Təkcə belə bir faktı deyə bilərəm ki, 10 il ərzində İlham Əliyev 300 dəfədən çox Azərbaycanın bölgələrinə səfər edib. Bu isə orta hesabla hər ildə 30-dan çox səfər deməkdir. Bakıda keçirilən çoxsaylı görüşləri də əlavə etsək, daha böyük rəqəm alınır. Deməli, cənab Prezident daim xalqın arasında, xalqla bir yerdə olub. Həm onların həyatı ilə maraqlanıb, həm də özünün ölkəmizin gələcəyi ilə bağlı planlarını, başqa sözlə ifadə etsək, seçki proqramını xalqa çatdırıb. Xalqla daim və yaxın ünsiyyət İlham Əliyevin iş prinsipidir. Son 5 il ərzində bu ünsiyyət heç zaman fasilə verməyib. İndi, seçki kampaniyası dövründə Onun özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Qoy onlar şəxsən təbliğatları ilə məşğul olsunlar” - deyə, Əli Əhmədov qeyd edib.
“Cənab İlham Əliyevin seçki təbliğatı kampaniyası Onun gördüyü və hamıya yaxşı bəlli olan işləridir. Yeniləşən, gözəlləşən Azərbaycandır” - deyə, bildirən YAP Sədrinin müavini Əli Əhmədovun sözlərinə görə, bu səbəbdən də cənab Prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə əslində ehtiyac qalmır və Prezidentin iş qrafikində seçki ilə əlaqədar dəyişikliklər edilməsi nəzərdə tutulmur. Əli Əhmədov “Seçki kampaniyasına gəldikdə isə, bu işi böyük həvəslə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri və Prezidentin çoxsaylı tərəfdaşları yerinə yetirəcək. Mən sizi əmin edirəm ki, həmişə olduğu kimi, Prezident İlham Əliyevin seçki kampaniyası yüksək fəallıq şəraitində keçəcək. Xalqın böyük əksəriyyətinin dəstəyi və cənab İlham Əliyevə olan dərin inamı seçki kampaniyasının ən mühüm üstünlüyü kimi yadda qalacaq” - deyə, vurğulayıb.
Bu gün minlərlə vətəndaş böyük həvəslə İlham Əliyevin vəkili missiyasını şərəflə yerinə yetirir
Prezidentliyə namizəd İlham Əliyevin vəkillərlə təmin edilib - edilməyəcəyi və çoxlu sayda sadə vətəndaşların prezidentə vəkil olmaq arzusunu şərh edən Əli Əhmədov “Ötən prezident seçkilərinin təcrübəsi göstərir ki, minlərlə, on minlərlə vətəndaş böyük məmnuniyyət, həvəs və fədakarlıqla cənab İlham Əliyevin vəkili kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin seçki kampaniyasında da eyni mənzərə müşahidə olunmaqdadır. Mən bunu tamamilə təbii sayıram. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var və onların hər biri əslində özünü İlham Əliyevin vəkili kimi dərk edir, bütün səy və bacarığı ilə seçki kampaniyasında iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvlərindən ötrü bu, əslində dərk edilmiş mənəvi tələbatdır” - deyə nəzərə çatdırıb.
YAP-ın Sədr müavini Əli Əhmədovun sözlərinə görə, İlham Əliyevin Prezidentliyi dövründə ölkənin sürətli inkişafı on minlərlə ailənin, milyonlarla insanın həyatında müsbət dəyişikliklər yaradıb. 10 il ərzində 1,2 milyon iş yeri açılıb və vaxtilə işləməyən vətəndaşlar işlə təmin olunub. Onlar və həyatında müsbət dəyişikliklər baş verən minlərlə digər vətəndaşlar böyük həvəslə İlham Əliyevin vəkili missiyasını şərəflə yerinə yetirirlər. “Əslində bu bir növ ümumxalq hərəkatını xatırladır. Belə olan halda cənab İlham Əliyevin vəkillərinin sayını qanunvericilikdə nəzərdə tutulmuş 50 nəfərlə məhdudlaşdırmaq ədalətsizlik olardı. İstəyirik ki, özünü cənab İlham Əliyevin vəkili kimi dərk edən hər kəs bu missiyanı rəsmilik çərçivəsinə salınmadan yerinə yetirə bilsin” - deyə, Əli Əhmədov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21

